Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Əsas fənn riyaziyyat olan ixtisas qrupları ilə bağlı VACİB MƏQAM Özəl AÇIQLAMA

Əsas fənn riyaziyyat olan ixtisas qrupları ilə bağlı VACİB MƏQAM Özəl AÇIQLAMA

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir dövrdə ali təhsil müəssisələrinə qəbul prosesində riyaziyyat fənni əsas rol oynayan və böyük əhəmiyyət kəsb edən fənlərdən biridir. Xüsusilə I və II ixtisas qruplarında riyaziyyat həm bal baxımından yüksək paya malikdir, həm də abituriyentin analitik və məntiqi düşünmə qabiliyyətini yoxlayan əsas alət sayılır. Buna baxmayaraq, son illərin müşahidələri göstərir ki, şagirdlər və abituriyentlər riyaziyyat imtahanlarında ciddi çətinliklərlə üzləşirlər.

Bəs buna əsas səbəb nədir?

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi “Yeni Sabah”a açıqlamasında sözügedən məsələyə aydınlıq gətirib:

“Riyaziyyat fənni ali təhsil müəssisələrinə qəbul zamanı əsasən I və II ixtisas qruplarında üstünlük təşkil edir. Bu ixtisas qruplarına daxil olan abituriyentlər üçün riyaziyyat əsas aparıcı fənlərdən biri sayılır. Bu isə həmin qruplar üzrə qəbul zamanı riyaziyyatın verdiyi balın yüksək olması ilə bağlıdır. Belə ki, digər fənlər adətən abituriyentə maksimum 100-150 bal qazandırdığı halda, riyaziyyat iki ayrı mərhələdə – buraxılış və qəbul imtahanlarında yoxlanıldığı üçün ümumilikdə 250 bala qədər nəticə qazandırır. Bu səbəbdən I və II qrup üzrə hazırlaşan abituriyentlər riyaziyyat fənninə daha çox önəm verməli, bu istiqamətdə hazırlıqlarını ciddi şəkildə aparmalıdırlar”.

Ekspert bildirib ki, ümumiyyətlə, ölkəmizdə riyaziyyatla bağlı müəyyən problemlər müşahidə olunmaqdadır:

“Bu problemlərin əsas səbəblərindən biri tədrisdə əzbərçiliyin üstünlük təşkil etməsidir. Şagirdlər mövzunu dərk etmək və analiz etmək əvəzinə, yalnız cavabları və ya həll üsullarını yadda saxlamağa çalışırlar. Bu yanaşma isə onların analitik düşünmə qabiliyyətini inkişaf etdirmir. Analitik düşünmə, məntiqi əlaqə qurma, problemlərə yaradıcı yanaşma və düzgün qərarvermə bacarıqları riyaziyyatın əsas hədəflərindən biridir. Təəssüf ki, test üsulu ilə imtahanların keçirilməsi bu əzbərçiliyin daha da dərinləşməsinə zəmin yaradır. Bu sistem şagirdləri nəticə yönümlü hazırlaşdırır və prosesi deyil, yalnız nəticəni önə çəkir.

Nəticədə, şagirdlərin çoxu riyaziyyatı qavramaqda çətinlik çəkir. Dərk etmədən, əsasları öyrənmədən yalnız formal həll yollarını əzbərləməyə üstünlük verirlər. Bu da onların riyaziyyatdan uzaqlaşmasına, özlərini humanitar sahələrdə sınamağa yönəlmələrinə səbəb olur. Beləliklə, hər il humanitar yönümlü ixtisas qruplarına (III və IV qruplar) müraciət edənlərin sayı texniki sahələrlə (I və II qruplar) müqayisədə daha çox olur. Statistika göstərir ki, hər il təxminən 53-54 min nəfər humanitar qruplara müraciət edir, halbuki texniki sahələrə maraq göstərənlərin sayı 35-37 min civarında qalır.

Bu tendensiya ölkənin texnoloji və elmi inkişafı baxımından narahatedicidir. Cəmiyyətin inkişafı üçün təbiət elmləri, mühəndislik və texnologiya sahələrində yetişmiş kadrların sayı artmalıdır. Bunun üçün isə orta məktəb səviyyəsində riyaziyyatın tədris metodikası yenilənməli, əzbərçilikdən uzaq, şagirdin düşünmə bacarığını inkişaf etdirən yanaşmalar tətbiq olunmalıdır. Riyaziyyat yalnız qəbul imtahanı üçün deyil, həm də həyatda qarşılaşacağımız problemlərin analitik şəkildə həll edilməsi üçün əsas bir alətdir. Bu reallıq həm şagirdlər, həm valideynlər, həm də təhsil sistemində çalışan mütəxəssislər tərəfindən qəbul edilməli, bu istiqamətdə ardıcıl addımlar atılmalıdır”.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri