Icma.az
close
up
RU
Əsas məsələ texnologiyanın düzgün idarə edilməsidir ŞƏRH EDİLDİ

Əsas məsələ texnologiyanın düzgün idarə edilməsidir ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Müasir dövrdə texnologiyanın həyatımızın bütün sahələrinə daxil olması artıq təbii və qaçınılmaz bir hal almışdır. Bu xüsusilə uşaqların inkişafı baxımından ciddi diqqət və məsuliyyət tələb edir. Erkən yaş dövrü — xüsusilə 0–6 yaş aralığı — uşaqların psixoloji və sosial inkişafı üçün ən həssas mərhələ hesab olunur. Bu dövrdə uşaqların telefon, planşet və digər ekranlara uzun müddət və nəzarətsiz şəkildə məruz qalması onların psixososial inkişafına mənfi təsir göstərə bilər”. Bu sözləri SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Elvin Həsənov sözlərinə belə davam edib: “Erkən yaşlarda ekranla həddindən artıq təmas uşaqlarda diqqət dağınıqlığı, emosional reaksiya zəifliyi, empatiya bacarığında gerilik, həmçinin dil və nitq inkişafında ləngimə kimi problemlərlə nəticələnə bilər. Bununla yanaşı, uzunmüddətli və passiv texnologiya istifadəsi hiperaktivlik, yuxu pozğunluqları və texnoloji asılılıq kimi vərdişlərin formalaşmasına səbəb ola bilər. Bu da uşağın gələcəkdəki akademik nailiyyətlərinə və sosial adaptasiyasına mənfi təsir göstərir.

Bütün bu risklərə baxmayaraq, texnologiyanın tamamilə həyatımızdan uzaqlaşdırılması real və məqsədəuyğun deyil. Əsas məsələ texnologiyanın düzgün idarə edilməsidir. Bu baxımdan tövsiyə olunur ki, texnologiyadan istifadə uşağın yaşına uyğun şəkildə, məhdud zaman çərçivəsində və valideyn nəzarəti altında həyata keçirilsin.

Texnologiya düzgün yönləndirildikdə öyrədici və inkişafetdirici potensiala malikdir. Valideynlər və müəllimlər bu imkanlardan düzgün istifadə etməklə uşaqların həm müasir dünyaya adaptasiyasını, həm də sağlam inkişafını təmin edə bilərlər”.

Günel Fərzəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri