Icma.az
close
up
RU
Səbinə Salmanova: Hazırda ən böyük məqsədlərdən biri Qərbi Azərbaycana qayıdışdır

Səbinə Salmanova: Hazırda ən böyük məqsədlərdən biri Qərbi Azərbaycana qayıdışdır

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda ən böyük məqsədlərdən biri Qərbi Azərbaycana qayıdışdır.
Bunu Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova “Sumqayıtın inkişafında qərbi azərbaycanlıların rolu” mövzusunda keçirilən tədbirdə deyib.
"XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə soydaşlarımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Deportasiya insanlıq əleyhinə cinayətdir. Ermənistan qərbi azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayət törədib", - o qeyd edib.
Deputat xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tribunalarda bu tarixi ədalətsizliyə diqqət çəkib və qərbi azərbaycanlıların hüquqlarının bərpasını tələb edib:
"Dövlət başçısının bu məsələdəki qətiyyətli mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Prezidentin söylədiyi kimi, biz Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq. Ermənistan başa düşməlidir ki, Azərbaycanın ona qarşı hər hansı bir ərazi iddiası yoxdur.
Biz, sadəcə, onlardan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə təmin olunmasını tələb edirik. Ermənistan hökuməti həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını da qaytarmalıdır".
S.Salmanova vurğulayıb ki, qərbi azərbaycanlıların öz doğma yurd-­yuvalarına qayıdışı tarixi zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq:
"Beynəlxalq hüquqa görə, hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bizim hər birimiz necə 30 il qarabağlı idik, indi də uşaqdan-böyüyə hər birimiz qərbi azərbaycanlıyıq.Biz xalq olaraq necə həmin zaman bir olduq, rəhbərimizin ətrafında sıx birləşərək onun dəmir yumruğuna güc qatdıq və tarixi torpaqlarımıza qovuşduq, bu gün də eyni iradəni ortaya qoymalıyıq".
"Hazırda ən böyük amalımızdan biri Qərbi Azərbaycana qayıdışdır. Hər birimiz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində tarixi torpağımız olan Qərbi Azərbaycana da qayıdacağımız günün uzaq olmadığından tam əminik", - Təşəbbüs Qrupunun üzvü söyləyib. (Report)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Noyabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri