Əsasən standart vəziyyətlər, taktiki texniki tapşırıqlar üzərində işlədik
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Futzal millimizin baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsində bu gün Yunanıstanla qarşı keçirəcəkləri matç haqqında danışıb.
"Football-plus.az" xəbər verir ki, mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında oyuna hazır olduqlarını deyib:
"Afinada iki məşq keçirdik. Demək olar, oyuna hazırıq. Düzdü, heyətimizdə yüngül zədəli - Kamran Hacıyev, Nihad İsmayılov və Murad Quluzadə - futzalçılar var. Amma oynayacaq durumdadılar. Əsasən standart vəziyyətlər, taktiki-texniki tapşırıqlar üzərində işlədik. Çalışdıq ki, uşaqları çox yormayaq. Çünki yol da qət etmişik. Həm də “4-lük”ləri müəyyənləşdirdik".
O, Yunanıstana qalib gəlmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb:
"Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Bu görüş tək bizim yox, rəqib üçün finala bərabər olacaq. Gərgin oyun gözləyir bizi. Yunanıstan millisi 4 gün əvvəl Xorvatiya ilə qarşılaşıb. Həmin oyunu izləmişik. Onlar bizə qarşı eyni oyun üslubuna çıxış etməyəcəklər. Xorvatlarla görüşdə müdafiədən oynadılar, qapıçıları da yaxşı dayandı. Bu dəfə pressinq edəcəklər. Yenə deyirəm, doğma meydanda oynayırlar, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Məqsəd eynidi. Ümid edirəm ki, səfərdən 3 xalla dönəcəyik”.
Baxış sayı:140
Bu xəbər 11 Mart 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















