“Əsasnamə ATƏT in təlimatlarına uyğundur” Qriqor Minasyan KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni (reqlament) təsdiq edəcək.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib.
O bildirib ki, təsdiqdən sonra sənəd Konstitusiya Məhkəməsinə göndəriləcək.
“Azərbaycan reqlamentin təsdiqi prosesinə başlayıbmı?” sualına cavab olaraq nazir verilən açıqlama ilə kifayətlənməyin düzgün olacağını söyləyib:
“Bununla bağlı verdiyimiz açıqlamalarla kifayətlənmək düzgün olardı. Elə bir reqlament var ki, cümə axşamı hökumət tərəfindən beynəlxalq müqavilə layihəsi kimi təsdiqlənəcək və Konstitusiya Məhkəməsinə göndəriləcək. Hesab edirəm ki, bu, konsensual və yüksək keyfiyyətli sənəddir, ATƏT-in təlimatlarına uyğundur”.
Xatırladaq ki, Avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Ermənistan hökuməti sentyabrın 2-də sərhədin delimitasiya komisssiyalarının birgə fəaliyyətinin nizamnaməsini dərc edib.
Aygün Mirakif,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 22 May 2025 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















