Əsəd həyatı müqabilində İsrailə mühüm məlumatlar verib İDDİA
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyanın devrilmiş diktatoru Bəşər Əsəd ölkədən sağ qaçmaq üçün çıxılmaz tədbirlərə əl atıb.
Lent.az bildirir ki, Səudiyyə Ərəbistanının “Elaf” qəzeti Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Rusiyaya qaçmazdan əvvəlki günlərdə əsas hərbi məlumatları İsrailə ötürmək üçün çıxılmaz addım atdığını yazıb.
Mənbələrin bildirdiyinə görə, Əsəd Avropadakı etibarlı vasitəçi vasitəsilə İsrailə kömək istəyi ilə yaxınlaşıb, özü və ailəsi üçün təhlükəsizlik zəmanəti müqabilində qiymətli kəşfiyyat məlumatları təklif edib.
İsrail Suriyada baş verənlərdən narazılığını bildirsə də, qarşıya dəqiq şərt qoyub: İran qüvvələrinin ölkə ərazisindən tamamilə çıxarılması. Əsəd buna cavab olaraq Suriyanın silah anbarlarının, raket buraxılış qurğularının və hərbi təyyarələrin yerləşdiyi hava bazalarının yerləşdiyi xəritəni verib. Bu addım İsrail ordusunun Əsədi aparan təyyarəni Suriyadan vurmamasını təmin etmək məqsədi daşıyıb.
Bu məlumatların ötürülməsi özünün mühasirəyə alındığını və dəstəkdən məhrum olduğunu görən Əsədin ümidsizliyinin dərəcəsini göstərə bilər. İsrail də öz növbəsində regiondakı strateji əməliyyatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək məlumatlar əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 18 Dekabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















