Icma.az
close
up
RU
Əsəd rejimi yenidən aktivləşir? Suriya böhranında son gəlişmələr

Əsəd rejimi yenidən aktivləşir? Suriya böhranında son gəlişmələr

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyada uzun illər davam edən silahlı münaqişə fonunda keçmiş rejim qüvvələrinin fəaliyyətləri hələ də müəyyən bölgələrdə təhlükəsizlik problemləri yaratmaqdadır. Ölkədə sabitliyin bərpasına yönəlmiş səylərə baxmayaraq, hökumət qüvvələri ilə müxalif silahlı qruplar arasında toqquşmalar zaman-zaman baş verir.

Son olaraq, Dəməşq əyalətinin Cdeidet əl-Fadl kəndi yaxınlığında baş verən hücum bu gərginliyin davam etdiyini göstərir. Keçmiş rejimin silahlı üzvləri Baş Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edərək bölgədə qarşıdurmaya səbəb olub. Bu hadisə təhlükəsizlik qüvvələrinin cavab tədbirləri görməsinə və vəziyyətin daha da gərginləşməsinə yol açıb.

Bu hadisə beynəlxalq ekspertlər və region üzrə analitiklər tərəfindən müxtəlif prizmalar altında qiymətləndirilir. Bəziləri bunu Əsəd rejiminin yenidən aktivləşməsinə dair siqnal kimi görsə də, digərləri bu cür insidentlərin daha çox lokal və epizodik xarakter daşıdığını bildirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, Əsəd rejiminin bundan sonra əvvəlki gücünü bərpa etməsi üçün heç bir sosial baza yoxdur:

"Suriya siyasi tarixi və məzhəblər arasındakı münasibətlər uzun illər ərzində ölkənin siyasi dinamikasına ciddi təsir göstərib. Xüsusilə, Bəşər Əsəd rejiminin əsas dayaqlarından biri ölkədəki ələvi (nusayri) azlığı olub. Əsəd rejimi məhz bu azlığın sayəsində 60 ilə yaxın hakimiyyətdə qaldı. Lakin hazırda sünni çoxluq həm terror təşkilatlarında, həm də digər istiqamətlərdə üstünlük təşkil etdiyindən siyasi balans dəyişib. Əlbəttə ki, dekabr ayında baş vermiş çevriliş də bu qrupun sifarişi idi".

Əziz Əlibəyli: Bu hadisələrin bütövlükdə Suriya miqyasında genişmiqyaslı təsir göstərəcəyi ehtimalı azdır

Onun sözlərinə görə, əl-Fadl bölgəsində baş verənlər epizodik qarşıdurmalardır və Suriya ərazisində dənizkənarı şəhərlərdə vəziyyətin daha da kəskinləşməsi ehtimalı var:

"Bu hadisələrin bütövlükdə Suriya miqyasında genişmiqyaslı təsir göstərəcəyi ehtimalı azdır. Xüsusilə nəzərə almaq lazımdır ki, bu ərazilərdə əvvəllər şiə qruplaşmaları ilə əlaqəli olan şəxslər məskunlaşıb və onların hazırkı fəaliyyəti barədə məlumatlar kifayət qədər məhduddur. Bununla belə, zaman keçdikcə bu kimi lokal qarşıdurmaların təkrarlanması mümkündür. Lakin bu qruplaşmaların əvvəlki nüfuzlarını bərpa edərək siyasi və hərbi baxımdan ciddi bir revanş əldə etmələri real görünmür. Çünki Suriya daxilindəki mövcud güc balansı, eləcə də beynəlxalq və regional aktorların təsiri belə bir ssenarini reallaşdırmağa imkan vermir".

Nəticədə belə bir fikir formalaşır: ekspertlər hesab edirlər ki, Suriyada əsas güc mərkəzləri artıq dəyişib və Əsəd rejiminin əvvəlki nüfuzunu geri qaytarması çətin görünür. Ölkədə həm daxili amillər, həm də xarici güclərin təsiri sabitliyin bərpa olunmasını ləngidir. Bununla yanaşı, müxtəlif radikal qrupların fəaliyyəti və regionda gedən geosiyasi mübarizə də vəziyyəti daha mürəkkəb hala salır.

Sonda qeyd etmək olar ki, son insidentlər Suriya böhranının tam həll olunmadığını və münaqişənin hələ uzun müddət davam edə biləcəyini göstərir. Rejim qüvvələrinin lokal hücumları və qarşıdurmalar davam etsə də, mütəxəssislərin fikrincə, bu, Suriya siyasətində köklü dəyişikliyə səbəb olacaq qədər güclü deyil.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Fevral 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri