Icma.az
close
up
RU
Suriya üsyançılarının əsas lideri DANIŞDI: “Əsəd rejimi ölüb”

Suriya üsyançılarının əsas lideri DANIŞDI: “Əsəd rejimi ölüb”

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Cəbhət ən-Nusra”nın lideri Əbu Məhəmməd əl-Culani müsahibə verərək, təşkilatının imicini yumşaltmağa çalışıb. ABŞ-da bu, terrorçu hesab olunur. Əl-Culani deyib: “Mən artıq gəncliyimdə olan fikirlərə əməl etmirəm. Yeni Suriyada azlıqların öz yerləri olacaq”.

Lent.az bildirir ki, əsl adı Əhməd əş-Şara olan əl-Culani CNN-ə müsahibəsində təşkilatın yeni tərəfini göstərməyə çalışıb. O, əvvəllər ictimailəşməkdən yayınırdı. 2013-cü ildə müsahibələrində üzünü gizlədirdisə, indi açıq şəkildə, gündüz və maskasız ünsiyyət qurur. Bu addım onun fəaliyyətini qanuniləşdirmək səylərinin bir hissəsidir.

Keçmişdə “Əl-Qaidə” ilə əlaqəsi olan “Cəbhət ən-Nusra”nın lideri fikirlərinin dəyişdiyini etiraf edib. "20 yaşında olan insan 30, 40 və ya 50 yaşında olandan fərqli düşünür. Bu normaldır" deyib.

Əl-Culani həmçinin “digər qrupların qəddar taktikalarından” uzaqlaşaraq, özünün heç vaxt mülki şəxslərə qarşı hücumlarda iştirak etmədiyini bildirib. “Biz ölkədəki xristianların və digər azlıqların təqib edilməməsi üçün hər cür səy göstərmişik”, - o vurğulayıb.

O, Bəşər Əsəd rejimi ilə bağlı vəziyyəti də şərh edib: “Rejimin məğlubiyyətinin toxumları həmişə öz daxilində olub. İranın və daha sonra Rusiyanın müharibəni dayandırmaq cəhdləri Əsədə yalnız vaxt verdi, lakin bu, heç nəyi dəyişmir - rejim ölüb”. 

Onun sözlərinə görə, rejimin süqutu Suriyadakı xarici qüvvələrin problemini də həll edəcək: "Biz xarici qoşunların ölkəmizi tərk etməsini istəyirik".

Əl-Culani Suriyanın gələcəyini funksional dövlət institutlarının yaradılmasında görür. "Suriyalıların özbaşına qərarlar verən bir adamın hakimiyyətinə deyil, hökumətin idarə etdiyi nizama ehtiyacı var", - o deyib. O, yeni Suriyanın qurulmasını böyük layihə adlandırıb.

Liderin fikrincə, onun təşkilatı əsas məqsədinə - Əsəd rejiminin devrilməsinə nail olan kimi yox ola bilər. “Biz bu dialoqun tərəflərindən yalnız biriyik”, - o, yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Dekabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri