Icma.az
close
up
RU
Əsəd rejimindən qaçan suriyalı a DANIŞDI: 8 ildir ailəmi görə bilmirəm

Əsəd rejimindən qaçan suriyalı a DANIŞDI: 8 ildir ailəmi görə bilmirəm

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd hakimiyyəti devrildi. “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının rəhbərlik etdiyi silahlı müxalifət 12 gün ərzində paytaxt Dəməşqə çatdı. Qruplaşmanın Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra prezident Bəşər Əsəd ailəsilə birgə ölkədən qaçıb və Rusiyaya sığınıb.

Müxtəlif ölkələrdə yaşayan suriyalılar Bəşər Əsədin devrilməsini bayram kimi qeyd ediblər. Çünki 2011-ci ildə başlayan vətəndaş müharibəsi milyonlarla suriyalının qaçqın və məcburi köçkün düşməsinə səbəb olub. 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 14 milyona yaxın suriyalının ölkə daxilində və xaricində məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib.

Münaqişədən qaçan suriyalıların 80 faizindən çoxu Suriya ilə həmsərhəd ölkələrə gediblər. Suriyalıların ən çox üz tutduğu ölkələrdən biri Türkiyədir. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyədə müvəqqəti yerləşən suriyalıların sayı 3.5 milyondan artıqdır. 

Türkiyədə yaşayan suriyalılardan olan Abdo Şmali Modern.az-la söhbətində Suriyadan Əsəd rejimindən necə qaçdığını və yaşadığı hadisələri bölüşüb.

O bildirir ki, Suriyadan çıxmaq üçün bir neçə dəfə cəhd edib, ancaq bir çox cəhdi baş tutmayıb.

“Mən əslində Suriyadan çıxmaq üçün çox gec qalmışdım. Çünki bir neçə səbəblər vardı. Çox insan ölkədən 2013-cü ildə çıxıb. Mən isə 2017-də çıxa bildim və Türkiyəyə gəldim".

Abdo Əsəd rejiminin hakimiyyəti dövründə bir çox yaxınını itirdiyini xatırlayır:

“Mən gəldiyim zaman Suriya çox qarışıq idi. İki əmim, bir dayım, xalamın oğlu və ərini həmin vaxt itirmişdik. Mənim çox dostum ölkəni 2013-2014-də tərk etmişdilər. Amma həmin dönəmdə ailəm ölkədən çıxmağıma icazə vermədi. Sonra insanların həlak olmasından demək olar ki, mənim psixologiyam tamamilə məhv olmuşdu. Hər gün növbəti qurbanın kim olacağını gözləyirdik. Sonra anam bir gün gəldi dedi ki, hazırlaş, gedirsən. Mən də hara olduğunu soruşanda o cavab verdi ki, hara istəyirsən get, təki ölkədən çıx. Artıq səkkiz ildir ki, ailəmi görə bilmirəm. Suriyaya qayıda bilmirdim, çünki qayıtsam məni ya edam, ya həbs, ya da ömürlük əsgərlik gözləyirdi. Əsgər olsaydım, ilk olaraq bizi ön cəbhəyə atacaqdılar ki, tez ölək.

Suriya höküməti belə bir qayda çıxarmışdı ki, 8 500 dollar qarşılığında əsgərlikdən azad ola bilər və ölkədə bir ay ərzində ailəni görə bilərsən. Amma üzərində heç bir məhbus həyatı, cinayət olmalı deyildi. Amma bir müddət sonra məlum oldu ki, geri qayıdan insanların da üzərinə şər atıb həbs edirlər.

Ailəm də bu dönəmdə qorxu içində yaşayırdı, indi onlara qovuşacağım günləri sayıram. Ötən gün yemək hazırlayarkən onlarla birlikdə yemək yeməyi xəyal elədim və ağlamağa başladım”.

Suriya vətəndaşı deyir ki, həmin dövrdə universitetdə də vəziyyət gərgin idi:

"Bir gün məni də həbs edəcəkdilər. Bir dostumuzu apardıqlarını gördükdə biz onların arxasınca gedirdik. Sonra bizi görüb apardılar. Mənim telefonumda Əsədə qarşı fotolar vardı, onları silirdim, məni gördülər. Telefonuma baxanda Türkiyədə olan qohumlarımla türkcə yazışdığımı görüb xarici agentlərlə danışıramış kimi məni hədələdilər”.

Abdonun Suriyadakı tələbə qardaşı Mohamed Şmali də hadisələrə sevindiyini deyir. 

“Bu Suriya xalqı üçün böyük qələbədir. Əsəd rejimində səsini çıxarmaq olmazdı. Həmişə Əsədin adamlarının qarşısında başı aşağı gəzməli idin, nəyisə desəydin, səni həbs edə bilərdilər. İçində həmişə qorxu ilə gəzirdin. Təsəvvür edin bu rejimdə hər bir ailənin adına sənədlər var, kimlər səhər namazına gəlmədi, kim hansə sözü işlətdi və s. Əgər mən universitetə qəbul olmasaydım, məni əsgərliyə aparacaqdılar və bilinməyəcəkdi ki, nə vaxt çıxacam”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri