Icma.az
close
up
RU
Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına ciddi zərbə vurdu

Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına ciddi zərbə vurdu

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Suriyada vəziyyət son həftələr şiddətli toqquşmalarla daha da mürəkkəbləşib. "Heyət Təhrir əş-Şam" (HTŞ) və digər müxalif qruplar rejim qüvvələrinə qarşı hərtərəfli hücuma keçərək Hələb, Həma, Homs və cənub bölgələrində irəliləyiş əldə edərək, nəhayət paytaxt Dəməşqi də tutdular və 61 illik Əsəd-Bəəs rejimi devrildi. Yəni, Əsəd hakimiyyətinin sonu bəlli idi və belə çox davam edə bilməzdi. Hətta ordu belə Əsəd rejimindən bezmişdi. Artıq Suriyada milli birlik hökuməti yaradılıb və dövlət bayrağı dəyişdirilib. Suriya Keçid Hökumətinə isə müvəqqəti olaraq Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali rəhbərlik edir. "Heyət Təhrir əş-Şam"ın lideri Əbu Məhəmməd əl-Culani hakimiyyətin dərhal ələ keçirilməyəcəyini və siyasi keçid tamamlanana qədər dövlət qurumlarının müvəqqəti olaraq Baş nazir Məhəmməd Qazi Əl-Cəlali tərəfindən idarə ediləcəyini bildirib. Sosial mediada yayımladığı videoda Əl-Cəlali də öz növbəsində Dəməşqdə qalmağı və Suriyanın "normal ölkə"yə çevriləcəyinə və digər ölkələrlə diplomatiya aparmağa başlaya biləcəyinə ümid etdiyini bildirib. O, müxalifətə "əl uzatmağa" hazır olduğunu da deyib. Suriya müxalifəti və inqilabçı qüvvələrin milli koalisiyasının sədri Hadi əl-Bəhra isə azad seçki və təhlükəsiz, neytral və sakit mühit yaratmaq üçün 18 aylıq keçid dövrünün lazım olduğu qənaətinə gəlib. Bu müddətin altı ayı ərzində yeni konstitusiyanın hazırlanmasına qərar verilib. Əl-Bəhraya görə, bu keçid prosesi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olmalıdır. Qeyd edim ki, 2254 saylı qətnamə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 18 dekabr 2015-ci ildə yekdilliklə qəbul edilib. Qətnamə Suriyada atəşkəs, siyasi həll, mülki hədəflərə hücumların dərhal dayandırılması və 2016-cı ilin yanvarında siyasi transformasiya ilə bağlı rəsmi danışıqların başlanmasını tələb edir. Bütün bunlar Suriyanın ərazi bütövlüyünün saxlanmasına xidmət edir ki, bu da indiki mərhəldə mühüm əhəmiyyətə malikdir.

Bu istiqamətdə Suriyadakı proseslərdə Türkiyənin mühüm rolu və qarşıdan gələn dövrdə də Suriyada proseslərin dinc inkişafına verə biləcəyi töhfələri unutmaq olmaz. Çünki Türkiyə Suriyanın gələcəyində həlledici aktor olaraq qalmağa davam edəcək. Lakin meydandakı dinamika və beynəlxalq güclərin strategiyaları Türkiyənin məqsədlərinə çatmaması üçün əllərindən gələni edəcək. Bu prosesdə Türkiyənin diplomatik və hərbi addımlarının təsiri Suriyanın yenidən formalaşdırılmasında kritik əhəmiyyətə malik olacaq. Çünki bu, təkcə diplomatik cəhətdən deyil, həm də xalqın istəyindən yaranan zərurətdir.

Ümumiyyətlə, Rusiyanın Ukraynadakı müharibəyə görə Suriyadakı hərbi varlığını azaltması rejimin müqavimətini zəiflədib və sübut olunub ki, elə Əsədi hakimiyyətdə saxlayan da Rusiya imiş. Lakin Əsədə dəstək təkcə Rusiya və İrandan deyil, həm də işğalçı Ermənistan hakimiyyətindən gəlirdi ki, bu da onun hansı mənfur xislətə malik olduğunu göstərirdi. İki ölkə rəhbəri arasında yaxın əlaqələr, Paşinyanın Əsədə təbrikləri, Ermənistan hərbçilərinin Hələbdə xidmət etməsi, minatəmizləmə kimi qələmə verilən xidmətlərin əslində Əsəd rejiminə dəstək məqsədi daşıması, Ermənistan hərbi kontingentinin Suriya ordusunun fəaliyyətinə dəstək göstərməsi, Suriyada erməni terror təşkilatları, onların Əsəd rejimi ilə sıx əlaqələri, Nubar Ozanyan adına erməni batalyonu və 2019-cu ildə yaradılan bu hərbi qruplaşmanın Suriya xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq etməsi, eləcə də Suriyadan Əsəd rejiminə bağlı terrorçuların Qarabağa sakin kimi köçürülüb, hətta İkinci Qarabağ müharibəsində onların muzdlu kimi döyüşlərdə Azərbaycana qarşı iştirakı bunun bariz nümunəsidir. Çünki Bəşər Əsəd rejimi həmişə ermənipərəst mövqe tutub və Azərbaycana qarşı olub. Necə ki, Kəşmir məsələsində də haqlı olan Pakistanı deyil, işğalçı Hindistanı dəstəkləyib.

Hətta, Əsəd rejimi Yaxın Şərqin fəlsəfəsinə zidd elə bir mövqe tutmuşdu ki, Suriya İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb. Göründüyü kimi, özünü qərbpərəst kimi göstərən Paşinyan hakimiyyəti Yaxın Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq edib və edir. Bu baxımdan, Suriyada Əsəd rejiminin çökməsi təkcə Rusiya və İran üçün deyil, həm də Ermənistanın maraqlarına ciddi zərbə oldu.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Dekabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri