Icma.az
close
up
RU
525ci qəzet Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına zərbədir Politoloq

525ci qəzet Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına zərbədir Politoloq

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Ermənistan müstəqillik qazanandan bu günə kimi Suriya ilə, Əsəd rejimi ilə yaxın münasibətlərə malik olub. Bu ölkənin ilk prezidenti Levon Ter-Petrosyan Suriyanın Hələb şəhərində anadan olub, yəni Suriya ermənisidir. O, hakimiyyətdə olduğu dönəmdə Ermənistanın Suriya rejimi ilə münasibətlərinin inkişaf etdirilməsində xüsusi səylər göstərib.

Bu barədə “525”ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov deyib.

Onun sözlərinə görə, Ermənistan və Əsəd rejimi arasında yaxın münasibətlərin olmasında rol oynayan faktorlardan biri Suriyadakı erməni icmasıdır. Bəzi rəqəmlərə görə Suriyada vətəndaş müharibəsinə kimi 100 minə yaxın erməni yaşayırdı: “Vətəndaş müharibəsindən sonra daha dəqiq desək, 2019-cu ildə Paşinyan Ermənistanda baş nazir olarkən Suriya ermənilərinin bir qismini qeyri-qanuni şəkildə Qarabağda yerləşdirmişdi. Bir qismi də Ermənistana gəlmişdilər. Maraqlı məqam budur ki, 2019-cu ilin fevralında Ermənistan Suriyaya əməliyyatlarda iştirak edəcək hərbi kontingent göndərmişdi. Bu addımın arxasında biz bilirik ki, Rusiya faktoru var idi. Ermənistanla Suriyanı birləşdirən digər faktor İran və Rusiya faktordurudur. İran rejimi Əsədə yaxın bir rejim idi. Rusiyanın da Suriyada maraqları var. Qərb Paşinyanın gah Qərbə, gah da Şərqə doğru çevrildiyinin şahidi olub”.

Politoloq deyib ki, Əsədlə Paşinyan arasında münasibətlərə nəzər salanda, 2023-cü ilin fevralında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Dəməşqə səfərini, Bəşər Əsəd və nazirlərlə görüşünü, 2023-cü ilin zəlzələsində Paşinyanla Əsəd arasında telefon söhbətini, Paşinyanın Suriyaya humanitar yardım göstəriləcəyi ilə bağlı vədini və s. yada salmaq lazımdır: “2024-cü ildə də Paşiyanla Əsəd arasında dəfələrlə təmaslar olub, bayramlarda təbrik mübadiləsi aparılıb. Bütün bunlar onu göstərir ki, Paşinyan bir tərəfdən qərbyönümlü siyasət yürütməsinə baxmayaraq, digər tərəfdən Qərbdə birmənalı qarşılanmayan Suriya və İran rejimləri ilə yaxın münasibətlər qurmağa davam edir. Qəribə olanı budur ki, Qərb, xüsusilə son dönəmlər buna sərt reaksiya vermir, Paşinyana lazımi təzyiqlər göstərmirlər. Bu bir daha Qərbin riyakarlığının, ikiüzlüyünün göstəricisidir. Başqa dövlətlər Qərbdə tiran kimi göstərilən dövlətlərlə münasibəti davam etdirəndə onları tənqid edirlər, amma Ermənistan bunu edəndə, biz görürük ki, Qərdən lazımi reaksiyalar gəlmir. Bu bir daha ikilistandartların nəticəsi, Qərbin öz geosiyasi maraqlarına kökləndiyinin göstəricisidir”.

S.Zahidova görə, Əsəd rejiminin çökməsini sözsüz ki, Ermənistanın maraqlarına ciddi zərbə adlandıra bilərik: “Çünki Ermənistanın Yaxın Şərqdə sıx münasibəti olan bir neçə dövlət var idi, onlardan biri Livan, digəri Suriya idi. Hər iki dövlətə erməni icmasının da müəyyən təsir dairəsi var”.

Politoloq onu da vurğulayıb ki, 2015-ci ildə Suriya sözdə “erməni soyqırımı”nı tanıyan Livandan sonra ikinci ərəb dövləti oldu. 2022-ci ildə Suriyanın Milli Assambleyası da bununla bağlı qətnamə qəbul etdi: “İkinci Qarabağ  müharibəsi zamanı Əsəd Ermənistanı haqsızcasınna dəstəkləyən qərəzli açıqlamalar vermişdi. Biz bunu da xatırlayırıq. Bütün bu məqamlar onu göstərir ki, Əsəd rejimi Ermənistanın regionda yaxın münasibətlərə malik dövlətlərdən biri idi və bu rejimin devrilməsi sözsüz ki Ermənistanın maraqlarına həm birbaşa, həm dolayı  bir zərbədir. Dolayı şəkildə ona görə ki, burda itirən həm də İran oldu. İranın təsir dairəsinin zəifləməsi sözsüz ki, Ermənistan üçün də bir itkidir. Ermənistan yaxın zamanlarda alternativ tərəfdaşlar axtarışında olacaq və yaxud da mövcud tərəfdaşlarla münasibətlərini daha da inkişaf etdirməyə çalışacaq. Çünki hazırda onun regiondakı geosiyasi mövqeyində ciddi boşluqlar var, bu boşluqların doldurulması üçün düşünürəm ki, Paşinyan növəti dəfə müxtəlif ölkələrə yönəlik yalvarış diplomatiyasını işə salacaq, ən çox da bu Qərb ölkələri ilə münasibətdə baş verəcək”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri