Icma.az
close
up
RU
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı Komendant saatı tətbiq edildi

Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı Komendant saatı tətbiq edildi

Suriyanın Hüms şəhərində devrilmiş rejim qüvvələri Suriya keçid hökumətinə qarşı qiyam qaldırıb. 4 şəhərdə komendant saatı elan edilib.

Publika.az xəbər verir ki, bu barədə yeni administrasiyanın daxili işlər naziri Məhəmməd Əbdürrəhman Suriyanın rəsmi xəbər agentliyi SANA-ya açıqlama verib.

O, Suriya Milli Ordusu (SNA) və onları müşayiət edən silahlı qrupların Tartusda Daxili İşlər Nazirliyinə bağlı qüvvələrə pusqu qurduğunu bildirib:

“Tartusda insanların təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifəni yerinə yetirən Daxili İşlər Nazirliyinə bağlı qüvvələrə qarşı pusquda 14 nəfər ölüb, 10 nəfər yaralanıb”.

Suriya Daxili İşlər Nazirliyi Hüms şəhərində küçələrə çıxaraq üsyana çağırış edən devrilmiş rejimin tərəfdarlarına qarşı əməliyyat keçirib.

Hüms, Latakiya, Cebele və Tartus şəhərlərində komendant saatı elan edilib.

Roza

seeBaxış sayı:76
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri