Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Əsəddən sonrakı Suriya: “Yeni və daha mürəkkəb dövr başlayır”

Əsəddən sonrakı Suriya: “Yeni və daha mürəkkəb dövr başlayır”

Ayna saytına istinadən Icma.az xəbər verir.

Asif Nərimanlı: “Əsədin devrilməsində maraqlı tərəflər olan ABŞ, İsrail və Türkiyə yeni mərhələdə üz-üzə duran tərəfə çevrilə bilərlər”

Suriyada 50 ildən artıq hakimiyyətdə olan Əsəd rejimi devrildi. Suriya silahlı müxalifətinin artıq sabiq Prezident olan Bəşər Əsəd hökumətinin mövqelərinə hücum etməsindən, şəhərləri bir-bir ələ keçirməsindən sonra çevriliş baş verib. Silahlı müxaliflərin paytaxt Dəməşqi nəzarətə götürməsindən sonra Bəşər Əsəd əvvəl Dəməşqi, sonra ölkəni tərk edib. Beləliklə Suriya paytaxtı silahlı qrupların nəzarətinə keçib. Hökumət qüvvələrinin mövqelərinə qarşı həyata keçirilən genişmiqyaslı hücumlar paytaxtda nəzarətin itirilməsinə səbəb olub.

Müxalifət qüvvələrinin irəliləməsi fonunda Suriya ordusunun bölmələri paytaxt Dəməşqin mərkəzini də tərk ediblər.

Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, xalqın seçdiyi hər hansı rəhbərliklə əməkdaşlığa hazırdır və hakimiyyəti sülh yolu ilə təhvil verəcək. Baş nazir Dəməşqi tərk etmək fikrində olmadığını və müxalifətlə əməkdaşlığa hazır olduğunu bəyan edib.

"Biz suriyalıların seçdiyi istənilən hökumətlə əməkdaşlığa hazırıq", - deyə o qeyd edib.

Baş nazir dövlət qurumlarının fəaliyyətini təmin etmək istədiyini də bildirib: "Hər kəsi rasional düşünməyə və ölkə haqqında düşünməyə çağırıram. Bu ölkəyə mənsub olan heç kəsə pislik etməyəcəklərini deyən müxalifətə əlimizi uzadırıq".

Dəməşqi ələ keçirən suriyalı silahlı müxalif qruplar isə paytaxtda komendant saatı tətbiq etdiklərini elan ediblər. Məlumata görə, komendant saatı yerli vaxtla saat 16:00-dan səhər saat 5:00-dək qüvvədə olacaq.

“Suriyada hakimiyyətin ötürülməsi problemsiz olacaq”. Bu sözləri isə ölkənin ədliyyə naziri Əhməd Səid deyib. Onun fikrincə, “ölkədə vətəndaş müharibəsi olmayacaq”.

Nazir etiraf edib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirmişlər.

Suriyanın Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyası ölkədə inklüziv keçid hökuməti yaratmaq niyyətini açıqlayıb: "Koalisiya istisnasız olaraq bütün milli qüvvələrin iştirakı ilə keçid hökumətinin formalaşdırılması üzərində işlədiyini təsdiq edir. Hökumətə tam icra səlahiyyətləri veriləcək”.

Dünəndən etibarən Suriyanı tərk edən Əsədin isə harada olduğu bilinmirdi. Amma artıq rus rəsmi mediasının yazdığına görə, Rusiya Əsədə sığınacaq verib. TASS Kremldəki mənbəyə istinadən məlumat yayıb ki, Əsəd ailəsi ilə birlikdə Moskvaya yerləşib.

Qeyd olunub ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət veriblər.

Ekspertlər Suriyada noyabrın 26-28-də başlayan hadisələrin dekabrın 8-də Prezident Əsədin devrilməsi və ölkədən qaçmasını məntiqi nəticə sayırlar. Analitiklərin qənaətincə, silahlı müxalifətin qısa zaman kəsiyində hökumətin əlində olan şəhərlərə hücum etməsi və nəzarətinə götürməsi belə nəticənin əldə olunacağı ehtimalını artırırdı.

Suriyadakı proseslərin bundan sonrakı mərhələsi ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Əsədin devrilməsi ilə Suriyada yeni və daha mürəkkəb dövr başlayır:

- Çünki qüvvələr nisbəti dəyişdi. Belə ki, Suriyada döyüşən silahlı 4 qruplaşmadan biri – Əsəd hökumətinin ordusu sıradan çıxdı. İndi üç qüvvə - ASO, PYD/YPG, “Təhrir əş-Şam” (HTŞ) qalıb. Ona görə də, Əsədin devrilməsində maraqlı tərəflər olan ABŞ, İsrail və Türkiyə yeni mərhələdə üz-üzə duran tərəfə çevrilə bilərlər. Bu baxımdan, Əsəd məsələsində Türkiyə ilə toqquşan Rusiya və İran bundan sonra Ankara ilə eyni cəbhədə dayanmağa çalışacaq.

Ölkənin hakimiyyətlə bağlı taleyinə gəlincə, HTŞ-nin qisasdan imtina etməsi, hakimiyyəti Baş nazirdən təhvil almaq gedişi, qaçqınlara geri qayıtmaq çağırışı idarəçiliyi ələ ala biləcəyi gözləntisini yaradır. Bundan sonra Suriyada de-fakto mövcud olan ölkələr – ABŞ, İsrail, Türkiyə, Rusiya və İran yəqin ki, HTŞ ilə anlaşmaq xəttini izləyəcək və hər şey qruplaşmanın bu qüvvələr arasındakı seçimindən asılı olacaq.

- Sizcə, əsas silahlı qüvvə olan və hökuməti nəzarətinə götürən HTŞ-nin seçimi nə olacaq?

- Qərbdən HTŞ-yə verilən dəstək, eləcə də HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani əvvəldən verdiyi açıqlamalar fonunda qruplaşmanın Rusiya və İranı ölkədən çıxarmaq xəttini tutacağı gözləniləndir. Moskva və Tehran Suriyada faktiki həlledici gücə çevrilən Ankaranın dəstəyini əldə etməyə çalışacaq. Lakin bu, HTŞ-nin PYD/YPG terrorçularına qarşı sərgiləyəcəyi mövqeyindən asılı olacaq. Qruplaşma PYD məsələsində Ankaranın mövqeyini nəzərə almasa, bu, Suriyada “çoxcəbhəli toqquşma” ssenarisini yenidən aktuallaşdırır. Və Türkiyəni Rusiya ilə İranla yaxınlaşdıra bilər. İran və Rusiyanı bölgədən çıxarmaq istəyən ABŞ-İsrail cəbhəsi PYD/YPG kartından imtina etmək istəməsə belə, yenə də Türkiyə ilə anlaşmalıdır.

İstisna deyil ki, Türkiyə Suriyada hakimiyyətin təhvil verilməsi və yenidən qurulması prosesinin getdiyi vaxt PYD\YPG mövqelərini sıxışdırmaq istiqamətində addımlarını intenssivləşdirsin. Bu, həm ABŞ-ın yeni Prezidenti Donald Trampın Ağ Evdə fəaliyyətə başlamasına, həm də Suriyada gələcək danışıqlara qədər əlini maksimum gücləndirmək baxımından əhəmiyyətlidir. Məlumatlara görə, ASO PYD/YPG terrorçularının əlindəki Deyr əz-Zora daxil olub.

Hazırda Suriyada bütün tərəflər üçün həlledici ölkə Türkiyədir. Bundan sonrakı dövrdə hadisələrin inkişafının ilk növbədə HTŞ-nin PYD/YPG-yə qarşı mövqeyindən, daha sonra Türkiyənin mövqeyindən asılı olacağı görünür.

- Suriyanı tərk edən Bəşər Əsədin yeri məlum oldu. Əsədə və ailəsinə Rusiya sığınacaq verib. Sizcə, niyə Əsəd daha yaxın müttəfiqi olan İranı yox, məhz digər müttəfiqi Rusiyanı seçib?

- Bəşər Əsədə İranın yox, Rusiyanın sığınacaq verməsinin arxasında konkret səbəblərin dayandığı görünür. Əsədin Qərblə İranı Suriyadan çıxarmaq əvəzində hakimiyyətini qorumaq məsələsində danışıqlara getməsi onun Tehranla münasibətlərində soyuqluq yaratmışdı. Müxaliflərin qələbəsindən sonra İran mediasında yayılan məlumatlar da bu səpkidədir. Bununla yanaşı, HƏMAS liderinin Tehranda öldürülməsindən sonra Əsədin İrana getməsi və orada sığınacaq tapması həyatı və təhlükəsizlik baxımından riskli ola bilərdi. İstisna deyil ki, Suriyada yeni hakimiyyətlə dil tapmağa çalışan İran Əsədə sığınacaq verməklə perspektivlərini çətinləşdirmək istəməyib. Bunun əksinə, Rusiyanın Əsədə sığınacaq verməsinin Suriya siyasətinə hesablandığı görünür. Xüsusilə müxaliflər danışıqlarda maraqlarının təmin edilməsi üçün “Əsəd kartı”ndan istifadə edə bilərlər. Bu kontekstdə hakimiyyəti götürən müxaliflərin “Rusiya ilə münasibətləri saxlamaqda maraqlıyıq” açıqlaması diqqət çəkir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri