Icma.az
close
up
RU
ƏSƏDİN “ÖLÜM DÜŞƏRGƏSİ” SEDNAYA 70 min məhbus, amansız işgəncələr, kütləvi edamlar… VİDEO

ƏSƏDİN “ÖLÜM DÜŞƏRGƏSİ” SEDNAYA 70 min məhbus, amansız işgəncələr, kütləvi edamlar… VİDEO

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

- +

1970-ci ildən təzyiq altında Suriyada hakimiyyətdə olan Əsəd ailəsi 54 ildən sonra süquta uğrasa da, geridə böyük dağıntılar və xoş olmayan xatirələr qoydu. Aralarında uşaq, qoca və qadın da daxil olmaqla minlərlə insanı işgəncə, sürgün, bombardman və kimyəvi silahlarla məhv edən Əsəd ailəsinin məşhur Sednaya həbsxanası isə sözügedən rejimin zülmünün simvolik ünvanlarından birinə çevrildi.

“AzPolitika” xəbər verir ki, paytaxt Dəməşqdə, Əsədin sarayının 33 kilometrliyində yerləşən bu həbsxanada 70 mindən çox işgəncə və zülmə məruz qalan məhkumun saxlanıldığı iddia olunur.

Həftədə 25 edam

Məlumata görə, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayan zaman bütün müxaliflər bu həbsxanaya gətirilib. Burada minlərlə insan işgəncələrə məruz qalıb, öldürülüb, qadınlara təcavüz edilib, kütləvi edamlar həyata keçirilib. İddialara görə, həbsxanada hər həftə 20-25 məhbus edam edilib. Bəşər Əsəd Rusiyaya qaçdıqdan sonra ölkədəki həbsxanalardan ümumilikdə 100 mindən çox məhbusun azad edildiyinə dair məlumatlar var.

Bəzi məhbuslar hələ də tapıla bilməyib

İllərlə ağır şəraitdə həbsdə olan məzlum xalq azadlığa çıxmağın sevincini yaşasa da, bəziləri üçün gün işığını görmək hələ də mümkün olmayıb. Belə ki, təhlükəsizlik kameralarında məhbusların olduğu otaqlar görünsə də, gizli bölmələrə salındıqları üçün onların bəzilərini tapmaq mümkün olmayıb. 4 mərtəbəli gizli yeraltı həbsxananın qapıları betonlandığından məhbusların xilas edilməsi çətinləşib. Betonların sındırılması ilə digər mərtəbələrə keçidin olduğu həbsxananın tək bir mərtəbəsindən minlərlə məhbusun çıxarıdığı deyilir.

Aralarında uşaqlar da var…

Xilasetmə qrupu məhbuslara çatmaq üçün xüsusi xəritələrə baxır, binanın strukturunu öyrənməyə çalışırlar. Səlahiyyətlilər devrilmiş rejimin keçmiş həbsxana işçilərinə betonlanmayan qapıların şifrələrini vermələri üçün çağırış edib. Məlumata görə, bəzi məhbusların qaldığı yerdə ventilyasiya olmadığından onlar boğulmaq təhlükəsi ilə üzləşiblər. Paylaşılan videolarda azadlığa çıxanlar arasında anaları ilə birlikdə saxlanılan azyaşlı uşaqların da olduğu görünüb.. Suriya Müxalif Koalisiyasının məhbusların xilas edilməsi üçün Türkiyə və Amerikadan kömək istədiyi bildirilib.

Edam edilən məhbusların cəsədləri preslənib

Məlum olub ki, edam edilmiş məhbusların cəsədləri preslərdə yastılaşdırılıb, onların qan və bədən mayeləri kanallarla boşaldılıb, meyitlər isə kisələrə qoyularaq məhv edilib. Bəzi məhbusların həbsxanadakı dözülməz işgəncələr nəticəsində əqli qabiliyyətini itirdiyi müəyyən edilib. Məhbuslara kiflənmiş və xarab yeməklər verildiyi ortaya çıxıb…

“Atalarını tanımadığım övladlarım var”

Həbsdən xilas edilən suriyalı bir qadının dediklərindən:“19 yaşında subay qız ikən Sednaya həbsxanasına atıldım. İndi 32 yaşındayam və atalarını tanımadığım övladlarım var”.

“Bizi Səddam Hüseynmi xilas etdi?”

40 ildir ki, həbsdə olan başqa bir suriyalı isə azad edildikdən sonra Bəşər Əsəd rejiminin süqutuna inana biməyib. O, ətafındakılardan: “Bizi Səddam Hüseynmi xilas etdi?”, -deyə soruşub.

Rejimin süqutundan dəqiqələr öncə 54 məhbus edam ediləcəkmiş

Baas rejiminin süqutundan sonra azad edilən suriyalı məhbus edamından bir neçə dəqiqə əvvəl bunları deyib:“Bizim edamımız yarım saat əvvəl idi. 54 nəfər… Edamımız bu gün idi”.

Məlumata görə, bu həbsxanadan azad edilən məhbusların sayı on minlərlədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Dekabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri