Icma.az
close
up
RU
ESG üzrə milli standartın məzmununa dair brifinq keçirilib

ESG üzrə milli standartın məzmununa dair brifinq keçirilib

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə yeni qəbul edilmiş ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə milli standarta dair brifinq keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) baş direktoru İlham Bayramov və KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov ESG üzrə milli standartın məzmunu və biznes üçün faydası barədə media nümayəndələrinə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, ESG üzrə milli standart KOBİA-nın təşəbbüsü ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tövsiyələrinə əsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub. “AZS IWA 48:2024 - Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartı müvafiq sahədə qəbul olunmuş ilk təcrübələrdən hesab edilir. Yeni dövlət standartı müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir.

Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış standartın məqsədi müəssisə və təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyata keçirməkdə kömək etməkdir. Bu standartın tətbiqi dövlət və özəl sektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətin artırılması baxımından müsbət təsir göstərəcək. Standartın tətbiqi könüllü xarakter daşıyır.

Bizneslərin ESG prinsiplərinə riayət etməsi biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına, xüsusilə xarici investisiyaların cəlb edilməsinə imkan verir. İnvestorlar sərmayə ilə bağlı qərarlar verən zaman ESG prinsiplərinin tətbiq olunmasına üstünlük verirlər. Bu baxımdan, yəni standart ESG prinsiplərinin biznes proseslərində necə tətbiq edilə biləcəyi barədə biznesləri istiqamətləndirəcək və onlara hansı addımlar atmalı olduğunu göstərəcək.

Brifinqdə, həmçinin ESG prinsiplərinin Azərbaycanda tətbiqi istiqamətində görülmüş işlər barədə də məlumat verilib. Bildirilib ki, ölkəmizdə ESG-nin daha geniş təşviqi, bu sahədə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsi məqsədilə 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun tərkibində ESG üzrə altqrupu yaradılıb. Altqrupa KOBİA rəhbərlik edir.

Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir. Ötən dövrdə ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə yol xəritələri təsdiq edilib. Bu yol xəritələri çərçivəsində ESG sahəsində ölkədə mövcud vəziyyət təhlil edilib, sorğu həyata keçirilib və beynəlxalq təcrübə öyrənilib.

Bununla yanaşı, ESG-nin ayrı-ayrı elementləri ilə əlaqəli olan normativ-hüquqi çərçivələr, mövcud olan və yeni tətbiq edilən norma və qaydalar nəzərdən keçirilib. Vurğulanıb ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi ərəfəsində yeni qəbul olunmuş dövlət standartı ölkəmizdə ESG prinsiplərinin tətbiqinin genişləndirilməsinə mühüm təkan verəcəkdir.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri