Icma.az
close
up
RU
ESG üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilib

ESG üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilib

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ESG üzrə vahid platforma müvafiq sahədə məlumat və materialları birləşdirən resurs mərkəzi rolunu oynayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ABB və "Azercell Telecom" MMC-nin dəstəyi ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilib.

Konfransda müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, KOBİA-nın İdarə Heyətinin sədri, müvafiq komissiyada ESG üzrə altqrupun da təmsil olunduğu "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" işçi qrupunun rəhbəri Orxan Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ESG-nin əhəmiyyəti, ətraf mühitə təsiri, ESG-nin sosial tərəfləri, bu prinsiplərin tətbiqinin dayanıqlı və davamlı inkişafa təsiri, özəl sektor üçün faydası və bu sahədə beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova ESG üzrə vahid platformaya (https://esghub.az/) və Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov ESG üzrə milli standarta dair təqdimatlarla çıxış edib, BMT Azərbaycanın Tərəfdaşlıq və İnkişaf Məsələləri üzrə məsul şəxsi Ülviyyə Əkbər ESG platformasının ideyası barədə məlumat verib. Vurğulanıb ki, ESG üzrə vahid platforma daima yenilənən və ESG ilə əlaqəli hərtərəfli məlumat və materialları birləşdirən resurs mərkəzi rolunu oynayacaq. Platforma bizneslərin cari vəziyyəti, dayanıqlılığı, ESG hesabatlılığı üzrə indikator və məlumatları təmin etməklə, xarici investorların cəlb edilməsinə xidmət edəcək. Tərəfdaşlar ESG ilə əlaqəli xidmətlərini bu platforma üzərindən biznes subyektlərinə təqdim edə biləcək, bizneslər isə ESG üzrə təcrübəli mütəxəssis və peşəkar şirkətlərə çıxış imkanı əldə edəcəklər. Platforma ətraf mühit və dayanıqlı inkişaf məsələlərinə, beynəlxalq reytinqlərdə ekoloji performansla bağlı göstəricilərə müsbət töhfə verəcək. Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığı ərəfədə istifadəyə verilən ESG üzrə vahid platforma həm də ölkənin ekoloji dayanıqlılığa sadiqliyini bir daha nümayiş etdirir.

Konfransda qeyd olunub ki, ESG üzrə milli standart KOBİA-nın təşəbbüsü ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinə əsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub. "AZS IWA 48:2024 "Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə" dövlət standartı müvafiq sahədə qəbul olunmuş ilk təcrübələrdən hesab edilir. Yeni dövlət standartı müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir. Standartın məqsədi müəssisə və təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyata keçirməkdə kömək etməkdir. Bu standartın tətbiqi dövlət və özəl sektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətin artırılması baxımından müsbət təsir göstərəcəkdir. Standartın tətbiqi könüllü xarakter daşıyır.

Tədbir öz işini "Daha yaşıl gələcəyin qurulması: ESG platforması və prinsiplərinin effektiv həyata keçirilməsi üçün strategiyalar" mövzusunda panel müzakirələrlə davam etdirib, iştirakçıların sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri