Icma.az
close
up
RU
“Əsgər qonaqlığı”na gəldi, 9 yaşlı qızı... Gəncədə DƏHŞƏT

“Əsgər qonaqlığı”na gəldi, 9 yaşlı qızı... Gəncədə DƏHŞƏT

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Gəncədə 21 yaşlı oğlan azyaşlı qızı zo*rlayıb.

News24.az bildirir ki, gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilib.

Belə ki, təqsirləndirilən Əhməd Qafarov (ad şərtidir) 2004-cü ildə Samux rayonunda doğulub. 2022-ci ilin oktyabrın 10-da dostu Əli Səfərovun (ad şərtidir) evində təşkil olunan “əsgər qonaqlığı”na gedib. Həmin evin həyətində oynayan, 2016-cı il təvəllüdlü Nigar Balayevanı (ad şərtidir) görüb. Azyaşlını gördükdən sonra cinsi istəyi yüksəlib və onu zo*rlamaq qərarına gəlib. Cinayətkar niyyətini həyata keçirmək üçün gəl gedək səninlə gödəkçəmi evdən götürək gələk deyib. Beləliklə, onu aldadaraq əlindən tutub evdən uzaqlaşdırıb. Əlindən çıxmaq istəyən Nigarı buraxmayıb. Kənd arasında “kanalın üstü” adlanan yerə aparıb, orada qızın əynində olan üst və alt paltarlarını çıxarıb. Nəticədə cinsi tələbatı ödəmək üçün azyaşlı ilə həm təbii, həm də qeyri-təbii yolla münasibətdə olub.

Daha sonra törətdiyi cinayətin üstünün açılmaması məqsədi ilə uşağı kanalla axan suyun yaxınlığına gətirib. Bu barədə ata və anasına deyəcəyi təqdirdə onu suya ataraq öldürəcəyini deyib.

Əhməd Qafarov Azərbaycan Respublikası CM-nin 134, 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Əhməd Qafarov ittihamlar üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib:

“Hadisəni mən törətməmişəm. Buna görə də özümü təqsirli bilmirəm. Hadisə günü “əsgər qonaqlığı”nda iştirak etdikdən sonra Fəxrəddinlə birlikdə şəhərə getdik. Şəhərdən geri qayıtdıqdan sonra “Oba” marketin yan küçəsində siqaret çəkdiyim zaman Ruslan adlı şəxs məni tutaraq döyüb, polis şöbəsinə apardı”.

Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş Nigar Balayeva ifadə verib:

“Hadisə günü babamgildə idim. Əhməd məni yanına çağırıb, “gödəkcəmi bir nəfər sizin evin qabağına aparıb. Sizin eviniz haradadır?” dedi. Mən də ona evin yolunu göstərdim. Bir az getdikdən sonra o məni razılığım olmadan yerə uzandıraraq çox pis şey etdi. Anlamadım, amma çox ağrıdırdı. Ağrıdan ağlayırdım. Daha sonra baş verən hadisə ilə bağlı kiməsə söyləsəm məni kanala atacağını dedi”.

Bundan başqa məhkəmədə Nigar Balayevanın anası da olanları danışıb:

“Həmin gün başım qonaqlara qarışdı. Anam gələrək Nigarın ortalıqda olmadığını dedi. Düşündüm ki, haradasa başı oyuna qarışıb. Bir müddət keçəndən sonra yenə tapa bilmədik. Qonaqlıqdakı insanlarla birlikdə Nigarı axtarmağa çıxdıq. Yolda Nigarın ağlaya-ağlaya gəldiyini gördüm. Onu evə aparıb nələr olduğunu soruşanda paltarlarına qan bulaşdığını, üst geyiminin isə tərs geyinildiyini gördüm. Bunun səbəbini qızımdan soruşanda bir əminin etdiyini dedi. Sonra da hadisəni araşdıranda edənin Əhməd olduğu məlum oldu”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Natiq Qafarov 10 il müddətində azadlıqdan məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri