Icma.az
close
up
RU
Əsilzadə şəcərələrinin tədqiqində mühüm elmi yenilik

Əsilzadə şəcərələrinin tədqiqində mühüm elmi yenilik

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vətəndaş bərabərliyinin elanına (1920) qədər Azərbaycan türklərinin əsilzadə zümrəsini təşkil edən soyların şəcərə məsələsi bu vaxta qədər öz həllini gözləyən ciddi etnoloji problemlərdən biri olaraq qalırdı. Nəhayət, bu  boşluq xeyli dərəcədə doldurulmuş hesab oluna bilər. Belə ki, A.A.Bakıxanov adına Tarix və  Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru  İsmayıl Umudlunun Tiflis, Yelizavetpol və İrəvan quberniyalarının materialları əsasında yazdığı “Azərbaycanın əsilzadə şəcərələri” monoqrafiyası ilə bu məsələyə həm elmi-nəzəri, həm də  praktik baxımdan aydınlıq gətirilir.

İnstitutdan bildirildiyinə görə, əsilzadəlik və şəcərə ənənəsinə, şəcərələrin tədqiqinin etnoloji aspektinə diqqət yetirilən bu tədqiqat işində Yelizavetpol (Gəncə) quberniyası Qazax qəzası üzrə 24 ağalıq/bəylik, Tiflis quberniyası Borçalı və Tiflis qəzaları üzrə daha 41 ağalıq/bəylik soyunun  və Tiflisdə yaşamış tatar əsilzadə Terequlovların  şəcərələrinə aydınlıq gətirilir. Bu sıradan Qazax əyalət xanlarının naməlum şəcərəsi xeyli dərəcədə bərpa edilmişdir. Eləcə də, Qafqazın o zamankı inzibati mərkəzi olan Tiflisdə yaşamış  Terequlovlar  İdel-Ural tatar soyunun  Azərbaycanın maarif və mədəniyyətinə töhfələrindən və onların şəcərələrindən  bəhs edilir. 

Mövzu çərçivəsində İrəvan quberniyası türk-müsəlman ağalıq/bəylik soyları şəcərələrinin öyrənilmə probleminə də toxunulur, Naxçıvan qəzası Yaycı kəndində yaşamış, bu bölgədə  bir sıra kəndləri idarə etmiş  sultanların şəcərəsi təqdim edilir. Əsərdə Qazax və Ağstafa rayonlarının XVIII-XIX  yüzilləri əhatə edən zəngin epiqrafikası ilk dəfə tədqiqata cəlb olunub.

Burada bir sıra əsilzadə soyların şəcərələri sıfırdan başlanaraq bərpa olunmuş, digərlərinin ilkin variantı  inkişaf etdirilmiş, dəqiqləşdirilmişdir. Xronoloji çərçivə 300-500 il arasında dəyişir.

Aldığımız məlumata görə, institutun direktoru, tarix elmləri direktoru, professor Kərim Şükürov dəfələrlə öz çıxışlarında etnoloqların diqqətini bu istiqamətə yönəltmiş, bu zümrənin tarixinin öyrənilməsinin  Azərbaycan üçün prioritet məsələlərdən olduğunu göstərmişdir. Çünki dünya təcrübəsində yazılı şəcərəçilik tarixən daha çox hakim sülalələr və əsilzadə soylar (nəsillər), yəni dövlətçilik tarixi və ənənəsi ilə bağlı praktika kimi görülür. Bu baxımdan Azərbaycanda  əsilzadə iyerarxiyasının, əsilzadə soylar nomenklaturasının formalaşması və onların  şəcərələri prioritet ətnoloji məsələ kimi qarşıya çıxır. Bu kontekstdə 1920-ci ilə qədərki Cənubi Qafqaz quberniyaları və qəzaları üzrə əsilzadə soylar və onların şəcərə problemi bir-biri ilə sıx bağlı olan elmi məsələ kimi qoyulmuş və şərhi verilmişdir.

Bəlli olur ki, türk xalqlarında əsilzadəlik və şəcərə məsələsinın tarixi zümrələrə və mənsəblərə ilk dəfə ad vermiş Oğuz xaqan (e.ö. 209-174) ilə başlanır. Bu məsələyə Mirzə Kazım Bəy vaxtilə diqqət yetirmiş, onu qanunların ilk təsisçisi, nizami hərbi qüvvələrin yaradıcısı olmaqla bərabər, həm də “öz İmperiyasında müxtəlif zümrələrə və mənsəblərə ad vermişbir xaqan kimi xarakterizə etmişdir”. Bu məqamı Fəzlullah Rəşidəddin də qeyd edir. “Xaqan”, “yabğu”, “şad”, “xan”, “xanlar xanı”, “ulu bəy”, “bəy”, “bəylərbəyi”, “ağa”, “tarxan”, “darğa” kimi mənsəb adları ilk orta əsrlərdən bəri ümumtürk tarixini müşayiət edir. Eləcə də bu adlar onlarla bu və digər dərəcədə təmasda olan qonşu xalqlar tərəfindən Türklərdən iqtibas olunmuşdur. Bundan belə nəticəyə gəlirik ki, türklərdə, o cümlədən azərbaycanlılarda  yuxarı təbəqə iyerarxiyasının formalaşmasının, deməli,  onun ayrılmaz yol yoldaşı olan şəcərəçiliyin ən azından iki min illik tarixi vardır.

Azərbaycanda əsilzadəlik və mənsəblər sistemi Rusiya ilhaqından sonra əsaslı şəkildə təftiş olunmuş, Rusiyanın Qafqaz siyasəti məcrasında sistemləşdirilmiş, bu işin gedişində şəcərə atributu aktivləşdirilmişdir. Tiflis, Bakı, Şuşa və İrəvan bəy komissiyaları bu sahədə  mühüm işlər görmüşdür. Bu tədqiqatın davamı olaraq 1920-ci ilə qədər Azərbaycan türklərində yuxarı zümrəni təşkil etmiş 250-yə qədər xanlıq, ağalıq/bəylik soylarının reyestrinin tərtibi üzərində iş aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri