Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Əsir düşən Şimali Koreya əsgərləri ilk müsahibə veriblər...

Əsir düşən Şimali Koreya əsgərləri ilk müsahibə veriblər...

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Onlar rus artilleriyasına necə güvəndiklərini və intihar etməli olduqlarını söylədilər...

...Koreya Xalq Ordusu Xüsusi Əməliyyat Qüvvələrinin iki əsgəri Ri və Baek (onların tam adları açıqlanmır) 2025-ci ilin yanvarında Rusiya-Ukrayna cəbhəsində əsir götürülüb.

SİA-nın məlumatına görə, Cənubi Koreyanın “Çosun İlbo” qəzeti fevral ayında Ukrayna hakimiyyəti ilə razılığa gələ bilib və əsirlərlə danışıb. Bu, Rusiya tərəfində Ukraynaya qarşı döyüşmək üçün göndərilən Şimali Koreya əsgərlərinin mediaya verdiyi ilk müsahibədir.

Hər iki Şimali Koreyalı hazırda Kiyev yaxınlığındakı hərbi əsir düşərgəsindədir. 26 yaşlı snayper-kəşfiyyatçı Ri Şimali Koreya ordusunda təxminən 10 il, 21 yaşlı atıcı Baek isə dörd il xidmət edib. Onlar ötən ilin oktyabr və noyabr aylarında Rusiyaya göndərilib, yanvarın 9-da əsir götürülüb. Həbs düşərgəsində Ri və Baek təkadamlıq kamerada saxlanılır.

...Şimali Koreya əsgərləri Şimali Koreya ordusunun Baş Kəşfiyyat İdarəsinin bölməsində xidmət etdiklərini iddia edirlər. Deyirlər ki, hər ikisi ailələrində yeganə oğuldurlar.

Ri iddia edir ki, Rusiyaya göndərilməmişdən əvvəl ona yalan danışaraq xaricə oxumağa getdiyini deyiblər. Bu tək yalan deyildi. Yəqin ki, Şimali Koreya hərbçilərini motivasiya etmək üçün Şimali Koreya Dövlət Təhlükəsizlik Nazirliyinin nümayəndələri onlara Ukrayna hərbi pilotsuz təyyarələrinin bütün operatorlarının Cənubi Koreya əsgərləri olduğunu bildiriblər.

Snayper Ri “Chosun Ilbo”-nun müxbirinə 10 illik xidmətində valideynlərini heç görmədiyini deyib. O, ağır yaralandıqdan sonra Kursk vilayətində yaxalanıb: güllə qolundan keçib, sümüyü sındırıb, sonra isə alt çənəsinə dəyib. Ukrayna Silahlı Qüvvələrinin dərc etdiyi ilk fotoşəkillərdə onun üzü sarğı ilə bağlanıb. Lakin müsahibə zamanı onun üçün hələ də danışmaq çətin olsa da, yaralar nəzərəçarpacaq dərəcədə sağalmışdı.

O, Pxenyanda anadan olub və xəstə valideynlərinin taleyindən qorxur. Riyə görə, səlahiyyətlilər onun tutulmasından xəbər tutandan sonra paytaxtı tərk etmək məcburiyyətində qalacaqlar.

...Ri 2015-ci ildə orduya qoşulub və tezliklə tərxis olunmalı idi (Şimalı Koreyada hərbi xidmət on ilə qədər davam edir –A.B.). Rusiya ilə sərhədi keçdikdən sonra onun bölməsi əvvəlcə Vladivostokda təlim keçib və dekabrın ortalarında Kursk vilayətində başa çatıb. Ri bildirib ki, o, təxminən 2500 Şimali Koreya əsgərindən ibarət qrupun bir hissəsidir. Snayper iddia edir ki, o, aşağı rütbəli döyüşçü kimi rus əsgərləri ilə az əlaqə saxlayıb.

Ri elit sayılan bölməsinin döyüş qabiliyyətini tənqid edir. Snayper öz bölməsinin tərkibində Şimali Koreya hakimiyyətinin turizm mərkəzinə çevirdiyi Samjiyon şəhərində tikinti işləri görməli olub.

...Mən yanvarın 5-də döyüşə girdim. İlk qoşun dalğası pilotsuz təyyarələrin zərbələri və artilleriya atəşi nəticəsində böyük itki verib. Biz rus artilleriyasının dəstəyinə arxalanırdıq, lakin onlar bizi lazımi sipərlə təmin etmək əvəzinə, düşmənin arxa cəbhəsini atəşə tuturdular. Bu, lazımsız itkilərə səbəb oldu.

Rinin sözlərinə görə, o, silahsız ələ keçirilib - onun nə bıçağı, nə də qumbarası olub. Əks halda, o, intihara cəhd edərdi, çünki Şimalı Koreyada əsir düşmək vətənə xəyanət sayılır.

...Daha azyaşlı Şimali Koreya əsgəri Baek də ağır yaralandıqdan sonra əsir götürüldü: güllə onun sol baldır sümüyünü parçalayıb. Onun sözlərinə görə, cəbhəyə getməzdən əvvəl ona deyiblər ki, bölməsi “sanki əsl döyüşdə” təlimə gedir. Baek Rusiyaya göndərilməzdən beş ay əvvəl Baş Kəşfiyyat İdarəsinə qoşulub - bundan əvvəl o, başqa bir bölmədə üç il təlim keçib.

Keçən ay ukraynalılar tərəfindən azad edilən Baekin əsirlikdə olan ilk fotoşəkillərində onun əlləri möhkəm bağlanmışdı. Onların üzərində heç bir yara izi yoxdur - əsgər intihar etməmək üçün ehtiyat tədbiri olaraq sarğı qoyulduğunu iddia edir.

...Müxbirin indi intihar edəcəkmi sualına Bek sadəcə olaraq gülümsəyib.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Fevral 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri