Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Əsir düşməmək üçün “Su 25” təyyarəsini düşmən səngərinə çırpan polkovnik

Əsir düşməmək üçün “Su 25” təyyarəsini düşmən səngərinə çırpan polkovnik

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Torpaqlarımızın işğaldan azad edilməsində, 44 günlük tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid pilot, polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevdir.

Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də  Bakı  şəhərində anadan olub. 1985-ci ildə  Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbdə təhsilinə başlayıb və 1992-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər isə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib. 1995-ci ildə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə daxil olan Zaur Nudirəliyev, 2000-ci ildə həmin məktəbi təyyarəçi ixtisası üzrə bitirib.

Zaur 2000-ci ilin fevral ayından 2004-cü ilin iyul ayına qədər “N” saylı hərbi hissədə 3-cü aviasiya eskadrilyası aviasiya manqasının təyyarəçisi, 2004-cü ilin iyul ayından 2004-cü ilin dekabr ayına qədər isə "N" saylı hərbi hissədə 3-cü aviasiya eskadrilyası aviasiya manqasının baş təyyarəçisi olub.

2004-cü ilin dekabr ayından 2007-ci ilin mart ayına qədər “N” saylı hərbi hissədə 1-ci aviasiya eskadrilyası aviasiya manqasının baş təyyarəçisi, 2007-ci ilin mart ayından 2009-cu ilin dekabr ayına qədər “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının manqa komandiri olan Zaur Nudirəliyev, 2009-cu ilin dekabr ayından 2011-ci ilin may ayına qədər “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyası komandirinin müavini-şturman vəzifəsində xidmət edib. 2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayına qədər “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının qərargah rəisi, 2013-cü ilin noyabr ayından 2015-cü ilin avqust ayına qədər isə “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının komandiri olub.

Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından “N” saylı hərbi hissə komandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi. Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət elədiyi 20 il ərzində bir sıra döyüş üsullarını ərsəyə gətirmişdir və uğurlu sınağlardan sonra döyüşlərdə icra etmişdir.

Zaur mütamadi olaraq hərbi təlimlər zamanı “Su-25” hücum təyyarələrinin tam döyüş potensialından istifadə edirdi. O, nişangah istifadə etmədən, yalnızca riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra edirdi. NATO standartlarına uyğun bu üsul digər təyyarəçilərə də aşılanmışdı. Vətən müharibəsindən əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən “Su-25” hücum təyyarələrində yeni döyüş üsullarının istifadə olunması ilə bağlı qərar verilmişdi. Komandalıq tərəfindən bu iş xarici dövlətlərdə təhsil alması və bir çox dövlətlərlə aparılan hərbi təlimlərdə təcrübə toplaması nəzərə alınaraq Zaur Nudirəliyevə həvalə olunmuşdur.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “Qarabağ” ordenli mayoru Cavid Fərəcovun sözlərinə görə, “Su-25” hücumçu təyyarə olaraq aşağı hündürlükdə istifadə üçün təyin olunub.Təyyarə aşağı və orta hündürlükdə uçarsa, hava hücumundan müdafiə vasitələri tərəfindən vurulması ehtimalı çoxdur. Amma Zaurun araşdırmaları nəticəsində təyyarənin sahib olduğu göstəricilərdən məharətlə istifadə olunmuşdur, nəticədə yeni bir döyüş üsulu ərsəyə gəlmişdir. “Su-25” hücum təyyarəsindən bomba atışının tam dəqiq olması üçün birinci dəfə olaraq aşağı və ya orta hündürlükdən yox, məhz yuxarı hündürlükdən istifadə olunmuşdur. Bu üsul təcrübədə uğurlu alındığı üçün sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ondan geniş istifadə olunmuşdur. Nəticədə Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinə və canlı qüvvələrinə ağır zərbələr endirilmişdir.

Zaur Nudirəliyev həmçinin daha bir nailiyyətə imza atmışdır. Lazer güdümlü bombalar sadəcə “Su-25” hücum təyyarəsi modernizə olunmuş versiyası hesab olunan “Su-25T” hücum təyyarəsində atılır. Amma Zaur Nudirəliyevin təcrübəsi nəticəsində birinci dəfə “Su-25”-dən lazer güdümlü bombalar atılmışdır.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “Qarabağ” ordenli zabiti Elçin Məmmədovun sözlərinə görə, Zaur Nudirəliyevin idarə etdiyi “Su-25” hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl istiqamətində uçuşa yollanmışdır. Kəşfiyyat məlumatına əsasən həmin ərazidə Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) vasitələri olmamalı idi. Amma Zaur Nudirəliyevin idarə etdiyi təyyarə həmin ərazidə təyin olunmuş hədəfə yaxınlaşan zaman idarəetmə məntəqəsinə Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının müdafiə vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə operativ məlumat daxil olmuşdur. Buna görə də dərhal onlara geri qayıtmaq tapşırığı verilir. Həmin dəqiqədən sonra Zaur Nudirəliyevlə əlaqə dayandı və o çağırışa cavab vermədi. Artıq “Su-25” hücum təyyarəsi Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulmuşdu. Həmin zərbə təyyarənin katapult oturacağını zədələmədiyi üçün onun xilas olmaq ehtimalı yaranmışdı. Amma həmin günlərdə Cəbrayıl şəhəri və onun ətraf yaşayış məntəqələri istiqamətində şiddətli döyüşlər getdiyi üçün onun paraşütlə eniş edəcəyi halda Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə düşüb, qarşı tərəfə əsir düşmə ehtimalı da var idi. Buna görə də Zaur Nudirəliyev “Su-25”-i bütün sürəti ilə Ermənistan Ordusunun bir qrup canlı qüvvəsinin cəmləşdiyi yerdə zirehli nəqliyyat vasitəsinə çırpır.

Zaur Nudirəliyev Azərbaycanın hərb tarixində “Atəş ramı” edən birinci pilot olmaqla yanaşı, 1941-ci ildə sovet hərbi pilotu N.Qastellodan sonra bu addımı atan birinci pilot oldu Zaur Nudirəliyev. O, II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə ölümündən sonra  “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir. Həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Müşfiq MİRZƏ   
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri