Icma.az
close
up
RU
Əsir düşməmək üçün təyyarəni düşmən səngərinə çırpan QƏHRƏMAN

Əsir düşməmək üçün təyyarəni düşmən səngərinə çırpan QƏHRƏMAN

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün Vətən Müharibəsi Qəhrəmanı - şəhid polkovnik Zaur Nudirəliyevin doğum günüdür!

Modern.az-ın məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, usta dərəcəli pilot Zaur İsmayıl oğlu Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1995-2000-ci illərdə isə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbində təyyarəçi ixtisası üzrə təhsil alıb. Həmçinin 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində alman dilinin öyrənilməsi məqsədi ilə General-Admirallar üçün Hərbi Liseydə təhsil alıb.
2000-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət etməyə başlayan Zaur Nudirəliyev 20 il davam edən xidməti ərzində bir çox mükafatlara layiq görülüb.
Polkovnik Zaur Nudirəliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 7 gün ərzində 12 uçuşu uğurla başa vuraraq xeyli düşmən texnika və canlı qüvvəsini məhv edib.
2020-ci il oktyabr ayının 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşu zamanı Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi düşmən Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulub. Ağır yaralanmasına baxmayaraq polkovnik Zaur Nudirəliyev düşmən tərəfinə əsir düşməmək üçün təyyarədən katapult etməyib və təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırparaq qəhrəmancasına şəhid olub.

Zaur Nudirəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Ona və "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri