Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Əsir və girovluqda olmuş 60 dan çox zərərçəkmiş məhkəmədə ifadə verdi

Əsir və girovluqda olmuş 60 dan çox zərərçəkmiş məhkəmədə ifadə verdi

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 24-də davam etdirilib.

"Ölkə.az" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Əhəd Əliyev ifadəsində 1990-cı il yanvarın 3-də Xocavənd rayonunun Axullu kəndində ermənilər tərəfindən girov götürüldüyünü deyib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında təxminən 6 günlük girovluq zamanı döyüldüklərini, təhqir olunduqlarını bildirib.

Bəhman Məhərrəmov ifadəsində 1991-ci il sentyabrın 6-da Xankəndi şəhəri və Xocalı rayonu arasındakı Həsənabad kəndində Hüseyn Novruzovla və Şahin Hüseynovla birlikdə ermənilər tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində işgəncələrə məruz qaldıqlarını qeyd edib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında 85 gün sonra əsirlikdən qaçdıqlarını vurğulayıb.

Səfər Əliyev Cocuq Mərcanlı kəndində, Firdovsi Quliyev və Aydın Verdiyev Ağdamda minaya düşərək xəsarət aldıqlarını diqqətə çatdırıblar.

Natiq Mamedov ifadəsində 2021-ci il noyabrın 29-da “Mirakl Dent” MMC-nin yük avtomobilinin sürücüsü qismində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Mehdili kəndində minaya düşərək xəsarət aldığını söyləyib.

Şəmistan Bayramov 2020-ci ildə baş vermiş 44 günlük müharibənin ilk günündə - sentyabrın 27-də yaşadığı Ağcabədi rayonunda həyətinə mərmi düşməsi nəticəsində xəsarət aldığını deyib.

Faiq Abışov ifadəsində qardaşı Əmrah Abışovun Vətən müharibəsində şəhid olduğu ərazini görmək üçün gedərkən minaya düşdüyünü, nəticədə xəsarət aldığını söyləyib. Qeyd edib ki, hadisə 2024-cü il yanvarın 21-də baş verib.

İrşad Quliyev ifadəsində 2023-cü il sentyabrın 24-də Ağdamın Abdal kəndində minaya düşərək xəsarət aldığını bildirib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Yunis İsmayılov ifadəsində 2023-cü il sentyabrın 7-də Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək sağ ayağını itirdiyini qeyd edib.

Həmin vaxt onunla birlikdə xəsarət alaraq yaralanmış Ruhin Novruzov Y.İsmayılovun ifadəsində qeyd etdiyi halları təsdiqləyib.

Şahbaz Hüseynov ifadəsində 1990-cı il yanvarın 10-da yaşadığı Xocavənd rayonunda girov götürüldüyünü, Xankəndiyə aparıldığını, döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında həmin il yanvarın 24-də girovluqdan qaçdığını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandran zərərçəkmiş Azər Quliyev ifadəsində 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ailəlikcə rayondan çıxan zaman “Tunel” adlandırılan ərazidə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını diqqətə çatdırıb. Həmin vaxt o, 7 güllə yarası alıb və girov götürülüb. Hadisə zamanı yaralanmış körpə bacısının isə öldüyünü bildiriblər. Bacısının sonrakı taleyindən 33 ildir məlumat ala bilmir.

Murad Sultanov ifadəsində 1991-ci ilin fevralında Ağdamdan Xocavənd istiqamətində “Qaz-53” markalı avtomobillə gedərkən qardaşının körpə qızı ilə birlikdə girov götürüldüyünü deyib. Körpə bir evdə saxlanılıb, özü isə başqa yerdə döyülüb, işgəncələrə məruz qalıb. Üç gündən sonra azad olunub.

Rəşad Quliyev ifadəsində 2023-cü il sentyabrın 20-də antiterror əməliyyatı zamanı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı mərminin partlaması nəticəsində yaralandığını söyləyib.

Rəhim Abışov ifadəsində 1991-ci il dekabrın 22-də Tərtər rayonunda girov götürülüdüyünü, işgəncələrə məruz qaldığını deyib.

Ayxan Mamedov 2021-ci il fevralın 4-də Ağdamda minaya düşdüyünü bildirib. O, hadisə zamanı özü ilə birlikdə 5 nəfərin xəsarət aldığını xatırlayıb.

Məcid Adıgözəlov 1990-cı il mayın 19-da kolxozda işləyən vaxt Xocavənd rayonunun Binədərəsi kəndi yaxınlığında girov götürüldüyünü bildirib. O, girovluqda üç gün saxlanılıb. Girovluqda olduğu zaman vəhşicəsinə döyülüb, işgəncələrə məruz qalıb. Həmin vaxt aldığı xəsarətlərə görə səhhətinə zərər dəyib, nəticədə yaddaş problemi yaranıb.

Vaqif Əliyev ifadəsində 1993-cü il iyulun 29-da Ağdamda əsir götürüldüyünü, avqustun 23-də azad olunduğunu qeyd edib. Əsirlikdə olduğu müddətdə döyülüb, işgəncələrə məruz qalıb.

Zərərçəkmiş şəxslər Elməddin Mirzəyev və Babək Abdunov Ermənistan silahlı qüvvələrinin basdırdığl minaların partlaması nəticəsində yaralandıqlarını bildiriblər.

Digər zərərçəkmiş şəxslər Fazilə Hacıyeva, Baloğlan Salmanov, Azər Musayev, Səmiyəddin Əsgərov, Ziyad Cəfərov, Rafiq Quliyev müxtəlif vaxtlarda Ermənistan silahlı qüvvələri tərəfindən girov, Qabil Süleymanov, Fərhad Fərhadov, Altay Abdullayev, Ərəstun Kərimov, Rizvan Əsədov, Rafiq Paşayev, Mehman Bayramov isə müxtəlif tarixlərdə əsir götürüldüklərini bildiriblər. Onların hər biri döyülüb, işgəncələrə məruz qalıb.

Malik İsfəndiyarov, Elgiz Qarayev, Eşqin Allahyarov, Tağı Adıgözəlov, Rəhbər Məmmədov, Vaqif Hüseynov, İlham Abdullayev, Pərvin Orucov, Qabil Yusifov, Oruc Hüseynov, Samir Sadıqov, Samir Əmirov, İsmayıl Poladov isə ayrı-ayrı vaxtlarda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralandıqlarını bildiriblər.

Zərərçəkmiş digər mülki şəxslə Maxruq Məmmədova (2020-ci il sentyabrın 27-də) və Bəxtiyar İbrahimov (2016-cı ildə Aprel döyüşləri zamanı) Ermənistan silahlı qüvvələrinin atdığı mərmilərin partlaması nəticəsində evlərinin zərər gördüyünü qeyd ediblər.

İxtiyar Rəhimov ifadəsində 2016-cı ildə Aprel döyüşləri zamanı Ağdamda yaşadığı evə Ermənistan silahlı qüvvələrinin atdığı mərminin düşdüyünü bildirib. Nəticədə evə zərər dəyib, qızı isə hadisə zamanı keçirdiyi qorxu və stressdən iflic olub, hələ də müalicə alır.

Mirmövsüm Eynalov ifadəsində 44 günlük müharibə zamanı iki dəfə yaralandığını söyləyib.

Bəxtiyar Nağıyev ifadəsində 1994-cü ildə yaralı vəziyyətdə əsir götürüldüyünü, Şuşada 1 il 10 ay saxlanıldığını deyib. Əsirlikdə işgəncələrə məruz qalıb, qeyri-qanuni olaraq işlədilib. Şuşa avtobazasında işlədilən zaman digər azərbaycanlılarla birlikdə əsirlikdən qaçıb.

Digər zərərçəkmiş şəxslər Dilşad Quliyeva, Arif Quliyev, Ülfət Abbasov, Güllər Hüseynova, Məhəmməd Vəliyev, Bahar Sultanova, Ələkbər Məmmədov, Adil Məmişov, Zöhrab Teymurov, Əkbər Əkbərov, Zibər İbrahimova Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində müxtəlif vaxtlarda zərər çəkdiklərini bildiriblər.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 İyul 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri