Eşitmə imkanları məhdud uşaqlar üçün yeganə məktəb: Onların hamısını öz övladımız kimi sevirik
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Baku TV sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi İnternat Məktəbindən reportaj hazırlayıb.
Məktəbin direktoru Tariyel Əkbərovun sözlərinə görə, burada 553 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 182 müəllim məşğul olur. 83 sinifdən ibarət olan məktəbdə uşaqlar üçün yeməkxana və yataqxana da fəaliyyət göstərir.
Burada hər bir uşağa xüsusi münasibət göstərildiyini vurğulayan məktəbin direktor müavini Günay Ağayeva söyləyib ki, onlar müəllimlərini öz anaları kimi qəbul edib, sevirlər:
"Müəllimlərimiz onlara ilk dəfə burada işarət dili ilə ana, ata kəlmələrini başa salırlar. Bizim üçün özgə övladı yoxdur. Onların hamısını öz övladımız kimi sevirik. Doğum günlərini də burada qeyd edirik, nə şərait lazımdırsa, yaradırıq".
Ətraflı süjetdə:
Eşitmə imkanları məhdud uşaqlar üçün yeganə məktəb: "Onların hamısını öz övladımız kimi sevirik"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 Dekabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















