Icma.az
close
up
RU
Əski türklərdə kişilərin oğlanların qulaqlarına küpə (sırğa) taxmaqları

Əski türklərdə kişilərin oğlanların qulaqlarına küpə (sırğa) taxmaqları

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Həsən Umudoğlu - Şahin Muradi

"Küpə" kəlməsi, etimoloji baxımından türk köklü kəlmədir və qulağa taxılan süs (zinət) və ya halqa olaraq tanınmaqdadır. Türkiyədə indi də sırğaya, küpə deyilir.

Divanü Lüğat-İt-Türk kitabında "Koba" kimi gəlmişdir. Mənası isə Ərəb dilində "Əlqort" qeyd olunmuşdur. Əlqort, sırğa və ya küpə deməkdir (Bax: Divanü Lüğat-İt-Türk- c.3- s.163- 1 çap- 1335- Türkiyə).

"Sənglax" sözlüyündə isə "Kubə" kimi yazılmışdır. Bu əsərdə küpə sözünə neçə məna verilmişdir: Səcaf; paltarın ətəyinə və ya qırağına tikilən haşiyə (İndi Köbə deyilir).

Küpə: Sırğa.

Bu əsərdə qeyd olunmuşdur ki küpə sözü Fars dilinə yol tapıb və mənası isə dəyişilmidir. Həcəmət şişəsinə Fars dilində küpə deyilir (Bax: Sənglax- Mirza Mehdixan Əstərabadi- Təshih: Rövşən Xiyavi- s.230- Nəşr: Mərkəz. 1çap- 1374- Fars dilində). Salxımlı və ya sünbül kimi olan sırğalara "Salqum küpə" deyilmişdir. Buruna taxılan halqaya bəzi türklər "Arabek" demişlər.

Dünya kültüründə və Mifologiyasında küpə, "doğum və evlənmək" simvolodur. Türklərdə də elə olmuşdur. Orta asiyada bəzi gəlinlik qızlar, toxuduqları xalı və kilimlərdə "höpə" motivindən istifadə edirdilərsə bu, evlənmək istədikləri mənasında imiş. Manas dastanında Qazaq və Qırğız türkləri arasında, bir qıza elçi gedilən vaxtlar, istənilən qızın qulağına Bayquş tükü (Tüyü) ilə bəzənilən küpə taxılırmış, belədə qız nişanlanmış sayılırmış. Demək küpə qadınlarda "Evlənmək istəmək, doğurğanlıq" simvoludur. Ancaq Kişilərdə\Oğlanlarda bə məsələ fərqlidir. Biz mifoloji baxımından deyil, etnoqrafiya baxımından araşdıracağıq.

Bəhsimizin aydınlaşması üçün, "Dədə Qorqud" kitabına müraciət edirik: İki boyda (Dastanda) "Qulağı altun küpəli Yegnək" görünməkdədir. Birincisi "Salur Qazanın evinin yığmalanması" boyunda və ikincisi "Qazan bəyin oğlu Oruz bəyin dustaq olduğu" boyunda gəlmişdir.

Salur Qazanın evinin yığmalanması boyda: "Ərdəmli qurqurma qurşaqlı, qulağı altun küpəli, qalın Oğuz bəylərin bir-bir atdan yıxıbdır, qazlıq Qoca oğlu Bəy Yegnək çapar yetdi" və Qazan bəyin oğlu Oruzun dustaq olunduğu boyda isə "Çapa baxsan çalımlı, çal qaraquş ərdəmli, qurqurma qurşaqlı, qulağı altun küpəli. Qalın Oğuz bəylərini bir-bir atdan yıxan Qazlıq Qoca oğlu Bəy Yegnək çapar yetdi" ifadələri gözə çarpır. ərdəmli sözü başaracaqlı, hünərli və ləyaqətli mənasındadır. Qurqurma isə “Tikə-tikə” deməkdir. Çalımlı sözü isə yaraşıqlı anlamındadır. Çal sözü isə həm iri xalları olan və həm bacarıqlı və təcrübəli deməkdir. Bir də tükünün hər yeri qara olub, bir tikəsi ağ olan quşa da Ata-Analarımız çal deyiblər. Bu boylardan əlavə "Qazlıq Qoca oğlu Yegnək" boyuna da nəzər saldıqda görürük ki, Yegnəyin qardaşı yoxdur. Atası Qazlıq Qoca, Qazan xanın vəziri idi, Düzmürd qalasına həmlə etdikdə, əsir düşüb və 16 il dustaqda qalmışdır. Bu zamanda Qazlıq Qocanın bir yaşda olan "Yegnək" adlı bir oğlu var imiş. 16 il sonra qulağı altun küpəli yegnək, həmin qalaya hücum çəkib, Kafiri dizə çökdürüb və atasını azad etmişdir.

Dastandan məlum olunduğu kimi, Yegnəyin bir qulağında Küpə\sırğa var imiş. Bizim də əsas sözümüz elə budur. hansı igidin ya bir oğlanın qulağında küpə\sırğa olsaymış, demək bunun qardaşı yox imiş və savaşlarda bu qəhrəmanı ox və süngünün qorxusundan ordunun önündə aparmazdılar, niyəki bir ailənin ümidi imiş. Hər iki qulağında küpə\sırğa olsaydı, demək o igid bir tayfanın, elin və ya ulusun əzizi və ümidi imiş. Oğuz bəylərini çağırdıqda Qazan xan Yegnəyə, qardaşı olmadığından "Qulağı Küpəli" sözləri ilə müraciət edir və bu Yegnəyin tək və məhbub olduğunun nişanəsidir.

Miladdan dörd yüz il öncə Skitlərin "Altun Geyimli Adam" tapıntısında, altun lövhələrlə birgə, süslü qayış, altun və firuzə küpələr\sırğalar tapılmışdır. Bunların taxdığı küpələr\sırğalar incə, altun və bəzən də firüzə olurmuş. Eramızdan 300-500 il öncəyə aid olan Qırğızıstan, Qazağıstan, Altay, Baykal Gölü və Monqolistan bölgəsindəki Göktürklərə aid olan bəzi Balballarda kişilər – oğlanlar küpəli olaraq təsvir olunmuşdur. Həmin əsrə aid olan Turfan bölgəsində Uyğurların divar rəsimlərində bir sıra qəhrəmanlar küpəli rəsm edilmişdir. Kuşanlar və ağ Hunların (Aftalitlər) aqçalarının üstündəki xaqanın qulağı küpəlidir. Altay və Yakut türklərinin Şaman Davullarının üzərindəki insan fiqurunun qulaqları da küpəlidir. "Sin Tanşu" adlı Çin qaynağında Yenisey Qırqızları üçün belə sözlər qələmə alınmışdır: "Bəzi igidləri qulaqlarına küpə taxırlar, cəsurları isə əllərinə iynə ilə damğalar çəkirlər". 1673 M. İllərində "Dədə Əhməd Münəccim başı"nın yazdığı "Səhayifül əxbar" əsərində "Teymur" və "Qaraqoyunlu Qara Yusif"in qulaqları küpəli qeyd olunmuşdur. Göktürk hökümdarı olan "Dayan Kağan"ın balbalı da qulağı küpəlidir. Hətta osmanlı hökümdarı olan "Birinci Əhməd"dən çəkilən portretdə, sultanın qulağı küpəlidir. Bu rəsm və törən indi türk dünyasında yaddan çıxsa da, Qazaqlarda qalmışdır.

Azərbaycanın quzey bölgəsində oynanılan "İmadəddin Nəsimi" filmində də bunu görürük. Nəsiminin sol qulağında küpə var. Demək bu "İsa Hüseynov” və "Həsən seyidbəyli"nin ustakarlıq və savadlı olmalarına sübutdur. Tanrı hər ikisinə də rəhmət eyləsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see140

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see140

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see132

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see129

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see127

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see126

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see124

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see123

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see121

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see120

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see120

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see120

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see120

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see119

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see119

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see118

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri