Icma.az
close
up
RU
Əsrarəngiz təbiət mənzərəli keçid Təngə kanyonu FOTO

Əsrarəngiz təbiət mənzərəli keçid Təngə kanyonu FOTO

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Quba, 9 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Təngə dərəsi (Təngə kanyonu) Quba-Afurca turizm marşrutu üzərində qonaqların ən sevimli məkanlarından biridir. Kanyon ərazisindəki əsrarəngiz təbiət mənzərələri, Vəlvələçayın sahilində yaradılan turizm və iaşə obyektləri buranı daha cəlbedici edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təngə kanyonunun eni 50, uzunluğu isə 500 metrə çatır. Kanyonun meşə ilə örtülmüş dik divarlarının hündürlüyü və əzəməti insanı valeh edir. Vəlvələçayın hövzəsində yerləşən çoxsaylı dağ kəndlərini Xəzəryanı ovalıqla birləşdirən, yeganə keçid kimi xidmət göstərən kanyon vaxtilə strateji əhəmiyyətə malik olub.

Təngə dərəsində ermənilərə və bolşeviklərə qarşı apardığı mübarizə ilə tanınan Qaçaq Mayılın sığınacağı olan mağaraya ekskursiya etmək də mümkündür. Bunun üçün qayanın döşündə yerləşən mağaraya dəmir pilləkənlər quraşdırılıb. Pilləkənləri qalxdıqca həm ətrafdakı mənzərədən zövq almaq, həm də qayalara vurulmuş məlumatverici lövhələrdən Qaçaq Mayılın özü və mübarizəsi barədə ətraflı öyrənmək olar.

Son illər Quba-Afurca marşrutu qonaqlar arasında daha da məşhurlaşıb. Bu marşrutu qonaqlar üçün cəlbedici edən Səbətlər, Təngəaltı, Afurca kimi dağ kəndlərinin füsunkar təbiəti və Qubanın təbiət gözəli - Afurca şəlaləsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri