Icma.az
close
up
RU
Əşrəf Əşrəfliyə hökm oxundu

Əşrəf Əşrəfliyə hökm oxundu

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təhsil eksperti kimi tanınan Əşrəf Əşrəflinin vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək Əşrəf Əşrəflinin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Əşrəf Əşrəfli 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, Əşrəf Əşrəfli Soner Kuçker adlı şəxsdən onu Tibb Universitetinə tələbə kimi qəbul etdirmək vədi ilə 34 min manat, Səbinə Abdullayevadan isə övladını İspaniyada universitetə qəbul etdirmək adı ilə 5 100 manat pul alıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Əşrəf Əşrəfli 2021-2022-ci illərdə Bakının Yasamal rayonu ərazisində etibardan sui-istifadə və aldatma yolu ilə 12 nəfərin ümumilikdə 35 min manat pulunu ələ keçirib.
Belə ki, o, xaricdə təhsil xidmətlərini yüz faiz zəmanətlə təklif etdiyini bildirərək vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında set.az, ashrafli.az və xaricde.com saytları yaradıb.
Əşrəf Əşrəfli həmin saytlarda və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi və ekspert, xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə və rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş, habelə hüquqi şəxs kimi təqdim edib.
O, həmçinin dövlət qeydiyyatına alınmayan "Ş.Group”, AConsalting.az, "Press.Legal”, İHA.AZ və SET xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim olunub.
Əşrəf Əşrəfli Yasamal Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həmin cəzanı 3 ilə endirib.
/Oxu.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Sentyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri