Icma.az
close
up
RU
Əsrin fəlakətindən üç il ötür

Əsrin fəlakətindən üç il ötür

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 3 il ötür.

Axar.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Qaziantep, Hatay, Adıyaman, Qəhrəmanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa, Suriyanın İdlip, Hələb, Hama və Latakia rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silindi, Türkiyədə 50 mindən çox, Suriyada isə 9 minədək insan həyatını itirib.

Türkiyədə ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.

65 saniyə davam edən 7,8 bal gücündəki zəlzələ o qədər şiddətli idi ki, Misirdə belə hiss edilmişdi.

Təbii fəlakətin miqyası həm də onun yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aparılan işlərin bu gün də davam etdirilməsi ilə ölçülə bilər. Türkiyənin 11 əyalətini əhatə edən zəlzələ nəticəsində binalar, yollar, hava limanları yararsız hala düşdü, tarixi tikililər dağıldı, 1 milyondan çox insan dəqiqələr içində evsiz qaldı.

Bu, son 30 ilin ən dağıdıcı beşinci zəlzələsi idi. Hesablamalara görə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyə 5 il ərzində 150 milyard dollara ehtiyac duyacaq.

Təbii fəlakətdən dərhal sonra başladılan operativ humanitar yardım fəaliyyətinin iki əsas istiqaməti var idi – axtarış-xilasetmə və sağ qalanlara yardım. İşlərin çətin hissəsi təbii ki, axtarış-xilasetmə işlərinin aparılması, insanların bir an öncə dağıntıların altından çıxarılması idi. Bu məqsədləTürkiyə bütün gücünü zəlzələ bölgəsinə səfərbər etdi. Lakin zamana qarşı bu yarışda ölkənin təkbaşına iştirakı kifayət edə bilməzdi. Odur ki, dünyanın hər yerindən Türkiyənin dördüncü səviyyəli beynəlxalq yardım çağırışına səs verildi. İlk gələn ölkə təbii ki, qardaş Azərbaycan oldu. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 400-dən çox xilasedicisi zəruri avadanlıqlarla təmin edilərək dərhal zəlzələ bölgəsinə yola salındı. FHN-in 40-dan çox tibbi personalı ərazidəki səhra xəstəxanalarında yaralılara yardım etdi. Azərbaycan Ordusunun hərbi tibbi personalı da əraziyə səfərbər edildi.

Ümumilikdə Türkiyədə təxminən 12 min əcnəbi axtarış-xilasetmə işlərində iştirak etdi.

Türkiyənin hər yerində insanlar müxtəlif kampaniyalar təşkil edərək humanitar yardım göstərməyə çalışdı. Türkiyənin bu çətin günlərində Azərbaycan xalqı da güclü həmrəylik, səfərbərlik nümayiş etdirdi. Ölkənin hər yerində humanitar yardım mərkəzləri yaradıldı, təcili qış geyimləri, qida, gigiyena məhsulları və s. toplanaraq ardı-arası kəsilməyən yük maşınları ilə Türkiyəyə yola salındı. Azərbaycanlıların bu cür genişmiqyaslı səfərbərliyi daha əvvəl 44 günlük Vətən müharibəsi dövründə baş vermişdi. Fəlakətin ilk üç günü ərzində Azərbaycan vətəndaşları Türkiyəyə xeyriyyə məqsədi ilə milyon dollara yaxın vəsait köçürdü.

Azərbaycan da hazırda Qəhrəmanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir.

Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Türkiyənin Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan” məhəlləsinin tikintisi başa çatdırılıb. Agentlik tərəfindən “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının da tikintisi tamamlanıb.

4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

“Azərbaycan” məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin də bir il ərzində tamamlanması nəzərdə tutulub.

Məhəllənin ümumi sahəsi 27.6 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 2, 3 və 4 otaqlı ümumilikdə 1194 mənzildən ibarət 68 yaşayış binası inşa olunub. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 1595 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2025-ci il iyun ayının 19-da Azərbaycan məhəlləsinin açılış mərasimi keçirilib və bir sıra mənzillərin açarları sahiblərinə təqdim olunub. Dövlət başçıları mənzillərə baxış keçirib və inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Fevral 2026 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see236

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see165

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see159

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see158

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri