Icma.az
close
up
RU
Əsrin fəlakətindən əsrin həmrəyliyinə: Zəlzələ bölgəsinin həyata qayıdışı FOTO

Əsrin fəlakətindən əsrin həmrəyliyinə: Zəlzələ bölgəsinin həyata qayıdışı FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

İki il öncə bu gün Azərbaycan xalqı səhəri sarsıdıcı xəbərlə açdı. Qardaş Türkiyənin cənubundakı Kahramanmaraş, Hatay, Qaziantep və digər şəhər və qəsəbələrini əhatə edən güclü zəlzələ baş vermişdi. Dağıntı və tələfat inanılmaz dərəcədə böyük idi. İlk dəqiqələrdən başlayaraq zəlzələnin ağır nəticələrini aradan qaldırmaq üçün Türkiyə dövləti və xalqı həmrəylik nümayiş etdirərək birgə səylər göstərdi. 35 mindən çox xilasedici dağıntılar altında qalan insanların həyatını xilas etmək üçün gecə-gündüz fasiləsiz çalışdı. Lakin bütün axtarışlara, xilasedici tədbirlərə baxmayaraq zəlzələ 53, 737 insanın həyatına soy qoydu, 107, 213 nəfər isə dağıntılar nəticəsində yaralandı.

Bu gün isə artıq 14 milyondan çox insanın həyatına mənfi təsir göstərmiş fəlakətin bütün fəsadlarının aradan qaldırılması üçün 11 vilayətin hər birində yenidənqurma və bərpa işləri sürətlə davam edir. Baxmayaraq ki, bu ərazilərdə hələ də konteyner şəhərciklərdə yaşayan ailələr var, (hazırda 395 konteyner şəhərciyində 649, 632 nəfər yaşanır - red.) onlar üçün yeni inşa edilmiş mənzillərin təhvil prosesi sürətlənib. Zəlzələ bölgəsində 2024-cü ilin sonunadək 201 min 580 ev sahiblərinə təhvil verilib. Bundan əlavə, dövlət zəlzələdə zərər çəkmiş vətəndaşlara 148, 812, 040, 122 Türk lirəsi maddi yardım da ayırıb.

Ən çox zərər görən vilayətlərin başında Kahramanmaraş və Hatay yer alır. Bu iki şəhər və onun ətraf ərazilərinin bir çox hissəsi zəlzələ nəticəsində yerlə yeksan edilmişdi. Hazırda bu vilayətlərdə də qenişmiqyaslı inşa işləri görmək mümkündür.

Azərbaycan dövləti və xalqı da ilk günlərdən zəlzələdən əziyyət çəkmiş türkiyəli qardaş və bacılara dəstəyini əsirgəməyib. Xalqımızın hər bir nümayəndəsi zəlzələdən əziyyət çəkənlərə maddi dəstək göstərməklə yanaşı faciə qurbanlarının sayının az olması, fəsadlarının tezliklə aradan qalxması üçün dualar ediblər. Bu məqsədlə qardaş Türkiyə dövlətinə göstərilən ən böyük yardım isə Kahramanmaraşda Azərbaycan dövlətinin maddi dəstəyi ilə inşa edilən “Azərbaycan” məhəlləsinin salınmasıdır. Burada təkcə yaşayış binaları və ticarət meydanları deyil, həmçinin məktəb və mədəniyyət mərkəzi də inşa edilib. Hazırda “Azərbaycan” məhəlləsində inşa prosesi bitmək üzrədir və yaxın zamanda buraya insanların köçməsi gözlənilir.

Ümumiyyətlə zəlzələdən sonra Türkiyənin cənub-şərqində yerləşən 11 vilayətin ərazisi dünyada ən böyük inşaat sahəsi sayılır. Burada sadəcə yaşayış binaları deyil, iş yerləri, sosial və iaşə obyektləri, demək olar ki, bütün infrastruktur yenidən qurulur. Türkiyənin bu bölgəsi qədim və zəngin tarixi, mədəni irsə malikdir, bu səbəbdən də tarixi memarlıq abidələrin bərpasına xüsusi önəm və diqqət ayrılır. Adıyamanda Ulu Camii, Mor Petrus Mor Paulus kilisəsi, Kahramanmaraşın Qapalı Çarşısı, mədəniyyətlər şəhəri sayılan Hatayın Habib-i Neccar məscidi və bir çox digər abidələr də zəlzələ zamanı dağıntılara məruz qaldı.

Bölgədə davam edən sürətli bərpa işləri insanların da doğma yurdlarına köçmək istəyini alovlandırıb. Zəlzələ zamanı bölgədən təxminən 3 milyon 550 min insan digər vilayət və şəhərlərə təxliyə edilmişdi. Bu gün isə 100 minlərlə insan evlərinə geri dönməyi seçir. Məhz bu səbəbdən, bölgənin yenidən həyata geri qayıtması üçün dövlətin gördüyü genişmiqyaslı işlər, vətəndaşlara göstərilən lazımi dəstək, bütün ölkənin bu faciə ilə mübarizə aparmaq üçün səfərbər olması, dost və qardaş ölkələrin dəstəyi əsrin fəlakətini türk xalqının yaddaşına həm də əsrin həmrəyliyi olaraq həkk edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri