Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Əsrin mübahisəsi” Ukraynada “əsrin müharibəsi”ni dayandıracaqmı?

“Əsrin mübahisəsi” Ukraynada “əsrin müharibəsi”ni dayandıracaqmı?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ və Ukrayna prezidentləri arasında Vaşinqtonda keçirilən görüş uğursuz başa çatdı. Tərəflər Ukraynanın mineral ehtiyatları ilə bağlı çərçivə sazişi imzalamasa da, jurnalistlərin iştirakı ilə Oval kabinetdə baş verən qızğın mübahisədən sonra qapalı qapılar arxasında görüşü vaxtından əvvəl dayandırdılar. Vladimir Zelenskini “hörmətsizlikdə” ittiham edən Donald Tramp dərhal “Truth Social” sosial şəbəkəsində yazdı ki, onun fikrincə, Ukrayna prezidenti “sülhə hazır deyil”. ABŞ prezidentinə, Konqresə və Amerika xalqına təşəkkürünü bildirən prezident Zelenski isə bildirdi ki, Ukraynanın uzun müddət ədalətli sülhə ehtiyacı var və Kiyev məhz bunun üçün çalışır. Bəs bu mübahisə ABŞ–Ukrayna münasibətlərinə və ümumilikdə, hazırda davam edən müharibəyə necə təsir göstərəcək?

Görüş yaxşı başlamışdı. Lakin prezident Trampla ukraynalı həmkarı Zelenski arasındakı söhbət gözlənilmədən gərginləşdi və danışıqlar kameralar qarşısında qızğın mübahisəyə çevrildi. Bu, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin prezident Zelenskini “hörmətsizlikdə” ittiham etməsindən və prezident Trampın Ukrayna liderinin “Üçüncü Dünya müharibəsi ilə oynadığını” deməsindən sonra baş verdi. Görüşün ictimai hissəsi Trampın Zelenskinin kifayət qədər “minnətdar” olmadığını deməsi ilə yekunlaşdı. Atəşkəsin zərurətində təkid edən Tramp vurğuladı ki, “Şükür etməlisən, əlinizdə kart yoxdur, qoşunlarınız tükənir”.

Buna cavab olaraq Zelenski kart oynamağa gəlmədiyini bildirdi. Zelenski, həmçinin ABŞ prezidentinin Amerikanın köməyi olmasaydı, Ukraynanın iki həftə belə davam edə bilməyəcəyi ilə bağlı fikirlərinə də sərt cavab verdi. Bundan sonra hadisələr sürətlə inkişaf etdi. ABŞ mətbuatının yazdığına görə, bağlı qapılar arxasında müşavirlərilə məsləhətləşən prezident Tramp Ukrayna liderinin Ağ evi tərk etməsi barədə göstəriş verdi. “Fox News” televiziya kanalına müsahibəsindən sonra Zelenski ABŞ-dan birbaşa Londona uçdu. Martın 2-də Avropa liderlərinin Britaniyada vacib toplantısı keçiriləcək.

Oval kabinetdə baş verən mübahisə dünyanı iki yerə böldü. Bəziləri ABŞ liderinin və vitse-prezidentinin ritorikasına mənfi yanaşdığını bildirdilər, digərləri isə, əksinə, sərt cavablarına, jestlərinə görə Ukrayna prezidentini qınadılar. ABŞ-ın özündə də baş vermiş hadisə birmənalı qarşılanmadı. Milyarder İlon Mask bildirdi ki, Zelenski davranışı ilə amerikalıların gözündə özünü “məhv etdi”. Florida Nümayəndələr Palatasının respublikaçı üzvü Rik Skott Trampa “Amerikanın müdafiəsinə qalxdığına görə” təşəkkürünü bildirdi. Respublikaçı senator Lindsi Qrem isə daha kəskin danışdı. Nadir metallar barədə sazişin imzalanmamasından və Ukrayna və ABŞ prezidentləri arasında mübahisədən sonra Qrem dedi ki, Zelenski ya istefa verməli, ya da iş görə biləcəyi birini göndərməli, ya da dəyişməlidir”.

Demokratlar düşərgəsindən isə, əksinə, Zelenskiyə dəstək nümayiş olundu. Avropa liderləri də Oval kabinetdə baş verənlərdən sonra Ukraynaya dəstək verəcəklərini bildirdilər. Danışıqların uğursuzluğuna ilk cavab verənlərdən biri Polşanın baş naziri Donald Tusk oldu: “Prezident Zelenski, Ukrayna, sən tək deyilsən”. İspaniyanın baş naziri Pedro Sançes yazdı: “Ukrayna, İspaniya sizinlədir”. AFP Fransa prezidenti Emmanuel Makrondan sitat gətirir: “Bu müharibədə təcavüzkar Rusiyadır və biz bütün bu müddət ərzində Ukraynaya kömək etməkdə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə haqlı idik və bunu davam etdirəcəyik”. Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, “Ukrayna Almaniya, Avropa və digər ölkələrin sarsılmaz dəstəyinə arxalana bilər. Onların demokratiyanı müdafiə etməsi, sülh və təhlükəsizliyə can atması bizim də vəzifəmizdir”.

Bəs bundan sonra nə olacaq? ABŞ və Ukrayna liderləri yenidən masa arxasına keçəcəklərmi? Ən əsası, Vaşinqton bu hadisədən sonra Ukraynaya hərbi yardımını davam etdirəcəkmi? Hərbi dəstəyin kəsilməsi Ukraynanın döyüş qabiliyyətinə necə təsir göstərəcək? Qərb mətbuatı artıq iddia edir ki, Ağ ev Ukraynaya yardımların dayandırılması yollarını axtarır. Məsələn, “New-York Times” Tramp administrasiyasının rəsmisinə istinadən məlumat verir ki, Tramp administrasiyası hərbi maliyyələşdirmə, kəşfiyyat məlumatlarının mübadiləsi və hərbi təlimlər də daxil olmaqla Ukraynaya dəstəyi dayandıra bilər. Qəzet ABŞ rəsmisinə istinadən yazır ki, Vaşinqtonun Ukraynaya bütün yardımı, o cümlədən Bayden administrasiyası zamanı icazə verilən ən son döyüş sursat və avadanlığın tədarükü yaxın gələcəkdə ləğv edilə bilər.

Əlbəttə, bu, Ukrayna və Avropa üçün yaxşı xəbər deyil. Doğrudur, hərbi yardımların dayandırılması barədə hələlik rəsmi xəbər yoxdur. Bununla belə, Oval kabinetdə baş vermiş ictimai mübahisədən sonra ABŞ-ın belə bir addım atacağı istina edilmir. Belə olacağı təqdirdə Ukraynanı cəbhədə nə gözləyir? Bəzi ekspertlər bildirirlər ki, ABŞ-ın hərbi dəstəyinin kəsilməsi Kiyev üçün kritik olmayacaq. Məsələn, Ukraynanın sabiq deputatı Mustafa Nayem iddia edir ki, Kiyevə verilən silahların çoxu indi əhəmiyyətsizdir: “Bu, dron müharibəsidir və biz pilotsuz təyyarələrin hazırlanması üzrə ixtisaslaşmışıq. Hətta pilotsuz təyyarələr məktəbimiz də var”. Onun sözlərinə görə, ABŞ pilotsuz təyyarələrinin komponentləri “iqtisadi cəhətdən” istifadə olunur və onları əvəz etmək olar. Onun ən böyük narahatlığı ABŞ-ın kəşfiyyat məlumatlarını verməyi dayandırmasıdır.

Ehtiyatda olan mayor Aleksey Getman isə düşünür ki, əgər Ağ evdəki çəkişmədən sonra ABŞ Ukraynaya bütün cari hərbi yardımı dayandırsa, cəbhə xəttində vəziyyət ağırlaşacaq. Onun sözlərinə görə, ABŞ prezident administrasiyasının belə bir ehtimalı müzakirə etməsi çox pis xəbərdir: “Cəbhə xəttində bizim üçün çətin olacaq, çünki biz ABŞ-ın köməyi sayəsində çox şey edirik. ABŞ ən böyük donorumuzdur. Kəşfiyyat, silahlar, raketlər – bizim üçün çox önəmlidir”. Getman əlavə etdi ki, “bunun necə bitəcəyini təxmin etmək belə çətindir”: “Ona görə də vəziyyəti düzəltmək lazımdır”.

BBC Ukrayna rəsmilərinə istinadən yazır ki, cəbhədəki silahların, təxminən, 40 faizi artıq Ukrayna istehsalıdır. Qalanları hələ də Avropa və Amerika tərəfdaşlarından tədarük edilir. Təkcə ötən il Ukraynanın hərbi-sənaye kompleksinin 9 milyard dollarlıq məhsul istehsal etdiyi vurğulanır. Eyni zamanda, strateji sənaye naziri German Smetaninin hesablamalarına görə, hərbi-sənaye kompleksinin potensialı iki dəfə yüksəkdir: “Ukrayna müəssisələri keçən il iki dəfə çox, təxminən, 20 milyard dollar dəyərində müdafiə təyinatlı məmulatlar istehsal edə bildilər”. Nazirin sözlərinə görə, hazırda Kiyev Amerika silahlarının əksəriyyətini öz istehsalı və Aİ ölkələrinin dəstəyi ilə əvəz etməyə çalışır.

Ukraynanın yüksək rütbəli müdafiə rəsmisi BBC-yə deyib ki, Kiyev, əslində, yalnız bir neçə silah növünə görə ABŞ-dan kritik dərəcədə asılıdır. Məsələn, bu, əsasən məhvetmə vasitələrinə və kəşfiyyat, FPV və zərbə dronlarına şamil edilmir. Onların böyük əksəriyyəti Ukraynanın özəl və dövlət şirkətləri tərəfindən toplanır. Bundan əlavə, son altı ayda ukraynalılar ölkədə, ilk növbədə, Çin və ABŞ-dan tədarük edilən bütün əsas komponentlərin istehsalını lokallaşdırmaq üzərində işləyirlər. Bu iş başa çatmağa çox yaxındır – Ukraynada istehsal olunan dronların 95 faizi Ukrayna komponentlərindən hazırlanır. Ukraynanın ən böyük özəl müdafiə şirkətlərindən biri olan “Ukrayna Armor”un rəhbəri Vladislav Belbasın sözlərinə görə, FPV pilotsuz təyyarələrindən əlavə, hərbi sənaye kompleksi həm də zirehli texnika, minaatan, artilleriya sistemlərinə olan ehtiyaclarını tam, sursat ehtiyacını isə qismən ödəyir. Ukrayna hakimiyyəti Avropa silah istehsalçıları ilə birgə müəssisələrin yaradılması üzərində də fəal işləyir. Müxtəlif növ silahların - zirehli texnikadan tutmuş raketlərə qədər birgə istehsalı ilə məşğul olan ona yaxın belə müəssisə artıq fəaliyyət göstərir.

Bununla belə, Ukrayna rəsmisinin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlər məsələsində ABŞ-dan asılılıq güclüdür. Söhbət, ilk növbədə, ballistik və aeroballistik hədəfləri vura bilən “Patriot” hava hücumundan müdafiə sistemindən gedir. Volodimir Zelenski bəyan etmişdi ki, Ukrayna Amerikanın “Patriot” zenit-raket kompleksinin öz analoqunu hazırlayır. BBC mənbələrinə görə, bu inkişaf hələ də tamamlanmaqdan uzaqdır, lakin onun üzərində iş “aktiv şəkildə davam edir”. Kiyevin Amerika silah istehsalçılarından daha bir kritik asılılığı HİMARS sistemilə bağlıdır. GMLRS idarə olunan raketləri də Ukrayna Silahlı Qüvvələri üçün ən vacib silah sayılır. Problem ondadır ki, GMLRS yalnız ABŞ-da “Lockheed Martin” fabriklərində istehsal olunur. Qısası, Ukraynanın bu raketləri əvəz edəcək imkanı yoxdur. Digər mühüm silahlar barəsində də eyni sözləri demək olar.

Bir sözlə, ötən cümə günü, Qərb mətbuatının da “Müasir tarixin ən böyük diplomatik fəlakətlərindən biri” kimi qiymətləndirdiyi Tramp-Zelenski qarşıdurmasının istər Rusiya-Ukrayna müharibəsi, istərsə də beynəlxalq münasibətlər baxımından təsiri qaçılmaz olacaq. Ağ evin divarlarının indiyədək görmədiyi “əsrin mübahisəsi”nin əks-sədasının hələ uzun müddət kəsilməyəcəyi və okeanın hər iki tayında sərt ittihamların davam edəcəyi şübhə doğurmur. Amma ABŞ da, Avropa da yaxşı anlayır ki, Ukraynada təkcə “qoca qitə”nin taleyi həll olunmur, cəbhədə daha qlobal proseslərin hansı istiqamətdə inkişaf edəcəyi müəyyənləşir.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:410
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Mart 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri