Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Əsrin müqaviləsi”nin “Günəşli” zirvəsi

“Əsrin müqaviləsi”nin “Günəşli” zirvəsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

18 ildə “Dərinsulu Günəşli” platformasından 89 milyon ton neft çıxarılıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağı karbohidrogen ehtiyatlarının zənginliyi ilə digər yataqlardan xeyli dərəcədə seçilir. Azərbaycan neftçilərinin şücaəti sayəsində ötən əsrin 80-ci illərinin əvvəllərində istismara verilmiş bu yatağın ilkin mərhələdə yalnız dayaz sulu hissəsindəki ehtiyatları işlənməyə cəlb etmək mümkün olub. Həmin dövrdə respublikamızın məhdud maliyyə imkanları, eləcə də lazımi texnologiyanın olmaması istər “Günəşli” yatağının dərinsulu hissəsinin, istərsə də yaxınlıqda yerləşən “Çıraq” və “Azəri” kimi zəngin neft yataqlarının da istismarında bir sıra çətinliklər yaradıb.

Yalnız 1994-cü il sentyabrın 20-də xarici neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun zəngin karbohidrogen ehtiyatlarının işlənməyə cəlb edilməsinə yol açıb. 30 il müddətinə imzalanmış bu tarixi saziş isə geniş bir coğrafi ərazini əhatə etdiyindən neft yataqlarının mərhələli şəkildə istismara daxil edilməsi qərara alınıb. Beləliklə, “Əsrin müqaviləsi”nin “İlkin neft layihəsi” və yataqların tammiqyaslı işlənməsinin birinci və ikinci mərhələləri (“Faza-1” və “Faza-2” layihələri) çərçivəsində “Çıraq” yatağı, eləcə də “Azəri” yatağının mərkəzi, qərb və şərq hissələri işlənməyə cəlb olunub.

“Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən neft və qaz hasilatını həyata keçirməyi nəzərdə tutan “Faza-3” layihəsi ilə bağlı qərar isə 2004-cü il sentyabr ayının 20-də – “Əsrin müqaviləsi”nin 10-cu ildönümünə həsr olunmuş yubiley tədbirində qəbul edilib. Layihənin reallaşdırılması üçün 4,7 milyard dollar vəsait ayrılıb ki, bunun da 3,2 milyard dolları tikinti-quraşdırma işlərinə sərf olunub. Onu da qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsinin sonuncu mərhələsi olan “Faza-3” layihəsi 1,25 milyard barel və ya 176 milyon ton neftin çıxarılmasına hesablanıb.

Layihə dənizin 175 metr dərinliyində bir-biri ilə suüstü körpü ilə birləşdirilən iki nəhəng qurğunun – hasilat və kompressor (laylarda təzyiqi saxlamaq üçün su və qazın vurulması) platformalarının tikintisi ilə yanaşı, bir sıra sualtı birləşdirici kəmərlərin çəkilişi kimi mürəkkəb işləri əhatə edib. Bütün bu işləri yerinə yetirmək üçün dünyanın neft sənayesi üzrə tanınmış podratçı şirkətləri ilə müqavilələr imzalanıb.

Həmin müqavilələrə əsasən layihənin mühəndis-təfsilat işlərinin həyata keçirilməsi, eləcə də qazma, texnoloji təchizat və yaşayış platformasının birləşmiş göyərtəsinin yığılması, quraşdırılması və istismara verilməsi müvafiq olaraq ABŞ-ın “Halliburton International” və “McDermott” şirkətlərinə, platformaların tikintisi Fransanın “BOS Shelf” şirkətinin və SOCAR-ın Heydər Əliyev adına Dərin Özüllər Zavodunun yaratdıqları “BOS Shelf LLC” birgə müəssisəsinə, emal, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının yığılması, quraşdırılması və istismara verilməsi Britaniya – Türkiyə – Azərbaycan alyansı olan “Amec – Tekfen – Azfen” şirkətinə həvalə olunub. Bundan əlavə, “Faza-3” layihəsi çərçivəsində bir sıra digər tikinti-quraşdırma işlərinin yerinə yetrilməsi üçün “BP-Azerbaijan” şirkəti ilə İtaliyanın “Saipem”, İsveçin “Pharmadule Emtunga AB”, Niderlandın “Mercon Steel Structures BV”, Britaniyanın “KCA Deutag” və ABŞ-ın “Vetco Grey Controls” şirkətləri, həmçinin Türkiyə – Azərbaycan “Tekfen – Azfen” alyansı ilə podrat müqavələləri imzalanıb.

Tikinti-quraşdırma işlərinin qrafikə uyğun olaraq iki il müddətində başa çatdırılması nəzərdə tutulub. Yeri gəlmişkən, əvvəlkilərdən fərqli olaraq “Faza-3” platformaları suyun daha dərin hissəsində quraşdırılıb. Eyni zamanda, bu unikal qurğular daha mürəkkəb geoloji şəraitdə hasilatın həyata keçirilməsinə hesablanıb. “Dərinsulu Günəşli” kompleksinin tikintisi ilə bağlı işlərin bir qismi ölkə daxilində, digər qismi isə “McDermott”un Dubaydakı müəssisələrində iki il ərzində yerinə yetirilib.

“Faza-3” layihəsinin icrası zamanı konsorsium iştirakçıları tərəfindən nəzərdə tutulmuş 30 milyon adam-iş saatı öhdəliyinə tam təhlükəsiz şəkildə riayət edilib. Əsas tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində Azərbaycanın kadr potensialından maksimum istifadə olunub. Belə ki, tikinti-quraşdırma işlərinin 80 faizindən çoxu yerli işçi qüvvəsindən və mövcud infrastrukturdan istifadə olunmaqla ölkə daxilində yerinə yetirilib. Ümumilikdə, “Faza-3” layihəsi çərçivəsində bir-biri ilə körpü vasitəsilə birləşdirilən 48 quyu gövdəsinə malik qazma, texnoloji təchizat və yaşayış, eləcə də texnoloji emal, qaz kompressor, suvurma və texnoloji təchizat platformaları inşa olunub, xam neftin və qazın Səngəçal terminalına nəqlini təmin etmək məqsədilə 30 və 28 düymlük sualtı boru kəmərləri çəklib.

Əməliyyatlar başlanandan indiyədək “Dərinsulu Günəşli” platformasından, ümumilikdə, 58 quyu qazılıb. Bunlardan 52-si neft hasilatı, 5 su injektoru, 1-i isə şlamların yenidən laya vurulması üçün qazılan quyulardır. Ötən müddətdə “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində əlavə olaraq 22 sualtı injektor quyusu qazlılb.

“Dərinsulu Günəşli” platformasında hasilata isə 2008-ci il aprelin 22-də başlanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsi təmin edilib. Platformada maksimal illik neft hasilatı 2014-cü ildə qeydə alınıb. Həmin il burada 7,2 milyon ton neft çıxarılıb. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində gündəlik orta neft hasilat 145,9 min barel təşkil etdiyi halda, ehtiyatların azalması səbəbindən ötən ilin yekunlarına görə, bu rəqəm 57 min barel olub. Ümumilkdə, istismara verildiyi vaxtdan indiyədək “Dərinsulu Günəşli” platformasından 657 milyon barel və ya 89 milyon ton neft çıxarılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:495
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri