Icma.az
close
up
RU
“Əsrin müqaviləsi”nin “Günəşli” töhfəsi

“Əsrin müqaviləsi”nin “Günəşli” töhfəsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“Dərinsulu Günəşli” platformasından indiyədək 676 milyon barel neft hasil edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi çərçivəsində həyata keçirilən layihələrin hər biri ölkəmizin şanlı neft salnaməsinin uğurlu səhifələrinə çevrilib. Bu baxımdan “Əsrin müqaviləsi”nin “Dərinsulu Günəşli” zirvəsi milli neft sənayemizin infrastruktur imkanlarının genişləndirilməsində müstəsna rol oynayıb.

“Günəşli” yatağı karbohidrogen ehtiyatlarının zənginliyi ilə Xəzərdəki digər yataqlardan xeyli dərəcədə seçilir. Azərbaycan neftçilərinin şücaəti sayəsində ötən əsrin 80-ci illərinin əvvəllərində istismara verilmiş bu yatağın ilkin mərhələdə yalnız dayaz sulu hissəsindəki ehtiyatları işlənməyə cəlb etmək mümkün olub. Həmin dövrdə respublikamızın məhdud maliyyə imkanları, eləcə də lazımi texnologiyanın olmaması istər “Günəşli” yatağının dərinsulu hissəsinin, istərsə də yaxınlıqda yerləşən “Çıraq” və “Azəri” kimi zəngin neft yataqlarının da istismarında bir sıra çətinliklər yaradıb.

Yalnız 1994-cü il sentyabrın 20-də xarici neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun zəngin karbohidrogen ehtiyatlarının işlənməyə cəlb edilməsinə yol açıb. 30 il müddətinə imzalanmış bu tarixi saziş isə geniş bir coğrafi ərazini əhatə etdiyindən neft yataqlarının mərhələli şəkildə istismara daxil edilməsi qərara alınıb. Beləliklə, “Əsrin müqaviləsi”nin “İlkin neft layihəsi” və yataqların tammiqyaslı işlənməsinin birinci və ikinci mərhələləri (“Faza-1” və “Faza-2” layihələri) çərçivəsində “Çıraq” yatağı, eləcə də “Azəri” yatağının mərkəzi, qərb və şərq hissələri işlənməyə cəlb olunub.

“Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən neft və qaz hasilatını həyata keçirməyi nəzərdə tutan “Faza-3” layihəsi ilə bağlı qərar isə 2004-cü ilin sentyabr ayının 20-də – “Əsrin müqaviləsi”nin 10-cu ildönümünə həsr olunmuş yubiley tədbirində qəbul edilib. Layihənin reallaşdırılması üçün 4,7 milyard dollar vəsait ayrılıb ki, bunun da 3,2 milyard dolları tikinti-quraşdırma işlərinə sərf olunub. Yataqların tammiqyaslı işlənməsinin 3-cü mərhələsi, təqribən, 176 milyon ton və ya 1,25 milyard barel neftin çıxarılmasını özündə əks etdirən nəhəng işlənmə layihəsidir.

Layihə çərçivəsində nəzərdə tutulmuş mühəndis-təfsilat, tikinti və quraşdırma işlərinin həyata keçirilməsi ilə əlaqədar elan edilmiş beynəlxalq tenderlərin nəticələrinə əsasən, ABŞ-ın “Halliburton International”, “Vetco Grey Controls”, “Cooper Cameron” və “McDermott”, Fransanın “BOS Shelf”, İtaliyanın “Saipem”, İsveçin “Pharmadule Emtunga AB”, Niderlandın “Mercon Steel Structures BV”, Britaniyanın “KCA Deutag” şirkətləri, eləcə də Britaniya–Türkiyə–Azərbaycan alyansı olan “Amec”/“Tekfen”/“Azfen” və “Tekfen/Azfen” Türkiyə–Azərbaycan birgə müəssisəsi ilə ümumi dəyəri 1 milyard dollardan artıq podrat müqavilələri imzalanıb. Ümumilikdə isə, layihə üzrə planlaşdırılan tədbirlərin reallaşdırılması üçün 4,7 milyard dollar vəsait nəzərdə tutulub ki, bunun da 3,2 milyard dolları sırf tikinti işlərinə yönəldilib.

“Dərinsulu Günəşli” kompleksinin tikintisi ilə bağlı işlərin 80 faizindən çoxu ölkə daxilində, digər qismi isə “McDermott”un Dubaydakı müəssisələrində iki il ərzində yerinə yetirilib. Azərbaycanda həyata keçirilən tikinti-quraşdırma işləri zamanı həm də ölkənin mövcud infrastrukturundan geniş istifadə olunub.

Qeyd edək ki, “Dərinsulu Günəşli” kompleksi “Günəşli” yatağının şərqində, suyun 175 metr dərinliyində yerləşir. Bu nəhəng neftçıxarma kompleksi bir-biri ilə körpü vasitəsilə birləşdirilmiş iki platformadan ibarətdir. Eyni zamanda, bu unikal qurğular daha mürəkkəb geoloji şəraitdə hasilatın həyata keçirilməsinə hesablanıb. Hasilat platforması 48 quyu gövdəsinə malik qazma, texnoloji təchizat qurğuları və yaşayış sahəsindən ibarətdir. Texniki məqsədlər üçün inşa olunmuş digər platformada isə texnoloji emal, qaz kompressor, suvurma və texnoloji təchizat qurğuları yerləşdirilib. “Faza-3” layihəsi çərçivəsində hasil edilən neftin quruya nəqlini təmin etmək məqsədilə “Dərinsulu Günəşli” platformasından Səngəçal terminalına 30 düymlük neft və 28 düymlük qaz kəmərləri çəkilib.

Əməliyyatlara başlandığı vaxtdan indiyədək “Dərinsulu Günəşli” platformasından, ümumilikdə, 61 quyu qazılıb. Bunlardan 34-ü neft hasilatı, 5-i su injektoru, 1-i şlamların yenidən laya vurulması, 21-i isə sualtı injektor quyularıdır.

“Dərinsulu Günəşli” platformasında hasilata isə 2008-ci il aprelin 22-də başlanıb. Bununla da “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsi təmin edilib. Platformada illik maksimal neft hasilatı 2014-cü ildə qeydə alınıb. Həmin il “Günəşli” yatağının dərinsulu hissəsindən 7,2 milyon ton neft çıxarılıb ki, bu da ötən 18 ildə qeydə alınmış ən yüksək hasilat göstəricisidir. Bununla belə, 2014-cü ildə “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində orta gündəlik neft hasilat 145,9 min barel təşkil etdiyi halda, ehtiyatların azalması səbəbindən ötən ilin yekunlarına görə, bu rəqəm 51 min barel olub. Ümumilikdə, istismara verildiyi vaxtdan indiyədək “Dərinsulu Günəşli” platformasından 676 milyon barel və ya 91 milyon ton neft çıxarılıb.

Yeri gəlmişkən, hazırda AÇG yataqlar blokunda hasilat 7 platforma vasitəsilə həyata keçirilir. 2025-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan, ümumilikdə, 120 milyon barel (16 milyon ton) hasil edilib. İl ərzində burada orta gündəlik neft hasilatı 330 min barel təşkil edib.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. “Yeni əsrin müqaviləsi” adlandırılan həmin sazişə əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2049-cu ilin sonunadək işlənməsi nəzərdə tutulub.

Mirbağır YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2026 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri