İsrail nazirinin Fransaya girişi qadağan edildi
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro X sosial şəbəkəsində paylaşım edib.
“Bu gündən etibarən İtamar Ben-Qvirin Fransa ərazisinə girişi qadağan olunur. Qərar onun Smud donanmasında olan Fransa və Avropa vətəndaşlarına qarşı yolverilməz hərəkətləri ilə əlaqədardır. Fransa vətəndaşlarının hədələnməsi, təzyiq və zorakılığa məruz qalması ilə barışa bilməz”, - Barro bildirib.
Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardımla Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra təhlükəsizlik naziri Ben-Qvir saxlanılan fəalların təhqir edilməsini əks etdirən görüntülər paylaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 23 May 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















