Icma.az
close
up
RU
“Əsrin müqaviləsi”nin yeni hədəfləri

“Əsrin müqaviləsi”nin yeni hədəfləri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Növbəti layihələrə 1,8 milyard dollar vəsait xərclənib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş – “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin davamlı sosial-iqtisadi inkişafı üçün möhkəm təməl yaradır. Bu tarixi sazişin uğurla reallaşdırılması Azərbaycanı regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevirib. 

Əvvəlki dövrlərdə olduğu kimi, 2024-cü ildə də “Əsrin müqaviləsi” çərçivəsində tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar uğurla davam etdirilib. “BP-Azərbaycan” şirkətinin 2024-cü ilin nəticələrinə dair hesabatına əsasən, il ərzində konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 535 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 293 milyon dollar xərclənib.

Ötən il AÇG-də yeni 4-ölçülü yüksək dəqiqlikli dəniz dibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin, təxminən, 370 milyon ABŞ dolları, icra müddətinin isə 5 il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə 2024-cü il üçün nəzərdə tutulmuş iş həcmi təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanıb. Hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir. 

2024-cü il “Əsrin müqaviləsi” çərçivəsində daha bir uğura imza atılıb. Aprelin ortalarında AÇG yatağında quraşdırılmış sayca 7-ci hasilat qurğusu olan yeni “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasından ilk neft çıxarılıb. Xatırladaq ki, neft 2023-cü ilin sonunda platformadan qazılmağa başlanmış 1-ci quyudan əldə olunub. İl ərzində platformada daha 2 hasilat quyusu istismara verilib. Bununla da, ACE-dən hasilat artaraq ilin sonuna gündə, təxminən, 26 min barelə çatıb.

Yeri gəlmişkən, ACE platforması texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. ACE platforması tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.

Qeyd edək ki, ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə hasilatın pay bölgüsü haqqında sazişin müddətinin uzadılmasından sonra konsorsim iştirakçılarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır. 2024-cü ilin oktyabrında AÇG yatağında ilk dəfə olaraq lay təzyiqi şəraitində süxur nümunələri çıxarılması əməliyyatı uğurla həyata keçirilib. Bu, həm də BP-nin Xəzərdə və qlobal miqyasda yerinə yetirdiyi ilk belə əməliyyatdır. Təbii lay təzyiqi altında süxur nümunələri Balaxanı VIII layından götürülüb. Bu əməliyyat “Qərbi Azəri” platformasında yeni istifadəyə verilmiş bir quyu vasitəsilə həyata keçirilib. Əməliyyat zamanı süxurdakı bütün mayelər olduğu kimi saxlanmaqla və süxurun ilkin vəziyyəti qorunmaqla tam lay təzyiqli dörd kern nümunəsi uğurla çıxarılıb. Bu nümunələr sahənin analizindən əldə edilmiş məlumatlarla birlikdə əlavə təhlil üçün laboratoriyaya göndərilib.

Hesabatda o da bildirilir ki, 2024-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. İl ərzində AÇG-də ümumilikdə, 148 hasilat, 46 su və 7 qaz injektor quyusu istismarda olub. Ötən il 7 hasilat platforması vasitəsilə gündə orta hesabla 342 min barel və ya ümumilikdə, təxminən, 125 milyon barel, yəni 16 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 23 min bareli “Çıraq”, 97 min bareli “Mərkəzi Azəri”, 75 min bareli “Qərbi Azəri”, 51 min bareli “Şərqi Azəri”, 57 min bareli “Dərinsulu Günəşli” və 29 min bareli “Qərbi Çıraq” 10 min bareli isə ACE platformalarının payına düşüb. İlin 4-cü rübündə AÇG yatağından indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb.

AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. İl ərzində müqavilə sahəsində 14 neft hasilatı, 3 su, 1 qaz injektor quyusu və şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanaraq istismara daxil edilib. 

Məlum olduğu kimi, “Əsrin müqaviləsi”nə əsasən, AÇG-dən neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan dövlətinə çatır. Ötən il Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr, ümumilikdə isə, 2,5 milyard kubmetr səmt qazı Azərbaycanın qazpaylama siteminə təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

2024-cü il sentyabrın 20-də AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə mövcud hasilatın pay bölgüsü sazişinə  yeni bir əlavə imzalanıb. Sözügedən sənədə uyğun olaraq SOCAR və AÇG tərəfdaşları hazırda sərbəst təbii qaz laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Həmin quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. “Qərbi Çıraq platformasından qazılan quyudan ilk qaz hasilatına 2025-ci ilin sonunadək başlanacağı gözlənilir. Yeri gəlmişkən, mütəxəssislər buradakı sərbəst təbii qaz ehtiyatlarının 4 trilyon kub futadək olduğu qənaətindədirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri