Icma.az
close
up
RU
“Əsrin müqaviləsi”nin “Faza 1” mərhələsi

“Əsrin müqaviləsi”nin “Faza 1” mərhələsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

25 il əvvəl qəbul olunmuş bu layihə ölkəmizdə böyük neft hasilatının əsasını qoydu

Ötən əsrin sonlarında müstəqilliyini əldə etmiş Azərbaycanı yenidən dünyanın neft xəritəsinə yerləşdirən “Əsrin müqaviləsi” ölkəmizin davamlı sosial-iqtisadi inkişafı üçün möhkəm təməl, etibarlı baza formalaşdırdı. Müqavilənin reallaşması müxtəlif ölkələrdən olan insanları bir araya gətirdi. Məhz onların səyi ilə Xəzərin dərin qatlarındakı karbohidrogen ehtiyatlarını çıxarmaq üçün unikal platformalar, terminallar tikildi, boru kəmərləri çəkildi.

Bu tarixi müqavilənin həyata keçməsinə isə pillə-pillə, gərgin zəhmət və böyük maliyyə hesabına nail olunub. Belə ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun geniş bir ərazini əhatə etməsi, eləcə də buradakı ehtiyatların zənginliyi səbəbindən əsrin nəhəng neft sazişinin bir neçə mərhələdə həyata keçirilməsi qərara alınıb. Azərbaycan hökuməti və beynəlxalq konsorsium iştirakçılarının bu qərarı, həm də “Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş böyük neft haslatına başlananadək zəruri ixrac sisteminin yaradılması ilə bağlı olub.

“Əsrin müqaviləsi”nin uğurla reallaşdırıldığı “İlkin neft” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan bir sıra infrastruktur obyektlərində modernləşdirmə işləri həyata keçirilib. Bu mərhələdə “Dədə Qorqud” qazma qurğusu əsaslı şəkildə yenidən qurulub, 24 quyunun qazılması üçün nəzərdə tutulmuş “Çıraq” platforması istismara verilib. Buradan sahilədək 176 kilometr uzunluğunda sualtı neft kəməri çəkilib, Səngəçalda dünya səviyyəli terminal inşa olunaraq ilk neftin qəbulu və onu ixrac siteminə yönəltmək üçün hazır vəziyyətə gətiilib. 1997-ci ilin noyabrında isə burada neft hasilatına başlanılıb.

“İlkin neft” layihəsi üzrə əldə olunmuş zəngin təcrübə sonralar “Azəri” və “Dərinsulu Günəşli” yataqlarının işlənməyə cəlb edilməsi üçün yol açıb. Beləliklə, 2001-ci il avqustun 30-da Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Rəhbər Komitəsi “Azəri-Çıraq-Günəşli dəniz yataqlarının tammiqyaslı işlənilməsinin “Faza-1” layihəsini təsdiqləyib. Bununla bağlı müvafiq sənədi Azərbaycanın dövlət başçısı Heydər Əliyevin iştirakı ilə ARDNŞ prezidenti Natiq Əliyev və ABƏŞ-in rəhbəri Devid Vudvord imzalayıblar.

Xəzərin ən zəngin neft yataqlarından sayılan “Azəri” yatağının mərkəzi hissəsinin işlənilməsini nəzərdə tutan “Faza-1” layihəsi çərçivəsində, ilkin proqnozlara əsasən, 1 milyard 425 milyon barel və ya 193 milyon ton neftin hasilatı nəzərdə tutulub. Layihənin ümumi dəyəri 3,4 milyard dollar təşkil edib ki, bunun da 2,74 milyard dolları tikinti işlərinə, qalan hissəsi isə quyuların qazılmasına sərf olunub. Bundan əlavə, xaricdən ölkəmizə gətirilən material və avadanlıqların daşınmasına, təqribən, 700 milyon dollar xərclənib.

Qeyd edək ki, “Faza-1” layihəsi çərçivəsində AÇG-dən gündəlik neft hasilatının 133 min bareldən 375 min barelə çatdırılması nəzərdə tutulurdu. Bunun üçün isə dənizdə və quruda nəhəng tikinti-quraşdırma işlərinin həyata keçirilməsi tələb olunurdu. Bu məqsədlə 2001-ci il noyabrın 30-da Bakıda “Faza-1” layihəsinin həyata keçirilməsi çərçivəsində 5 xarici şirkətlə ümumi dəyəri 750 milyon dollar olan 6 böyük podrat müqaviləsi imzalanıb.

Həmin müqavilələrə əsasən, “Mərkəzi Azəri” platformasının üst modullarının tikintisi, eləcə də sualtı neft kəmərlərinin çəkilməsi ABŞ-ın “McDermott Caspian Constractors”, platformanın dayaq blokunun, svayların və qazma əməliyyatları üçün qurğunun dayaq plitəsinin tikintisi; dənizdə nəqletmə və quraşdırma işləri; qazma avadanlığı ilə təminat; yaşayış bloklarının inşası isə müvafiq olaraq Fransanın “Boygues Offshore”, İtaliyanın “Saipem”, Fransanın “Eiffel” və İsveçin “Emtunqa İnternational” şirkətlərinə həvalə olunub.

“Mərkəzi Azəri” platformasının dayaq bloklarının tikintisi və platformanın modullarının montaj edilməsi Heydər Əliyev adına Dərin Özüllər Zavodunun meydançasında həyata keçirilib. Bununla yanaşı, layihə çərçivəsində dənizdə həyata keçirilən bir sıra əməliyyatlar zamanı ARDNŞ-ın neft donanmasına aid olan borudüzən gəmilərdən, kran və barjalardan, həmçinin xidməti gəmilərdən istifadə edilib.

Qeyd edək ki, “Mərkəzi Azəri” Bakıdan 100 kilometr şərqdə, dənizin 128 metr dərinliyində yerləşən hasilat, qazma və yaşayış platformasıdır. 2005-ci ilin fevralından istismarda olan platforma “Azəri” yatağının mərkəzi hissəsindən neft hasil etmək üçün tikilib. Bundan əlavə, müqavilə sahəsində yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə kompressor və suvurma platforması inşa olunub.

Hər iki platforma körpü vasitəsilə bir-birinə birləşdirilib. Bütövlükdə isə, “Faza-1” layihəsinin obyektlərinə 48 quyu gövdəsinə malik hasilat, qazma və yaşayış platforması, buradan Səngəçal terminalına qədər 30 düymlük neft və 28 düymlük sualtı qaz boru kəmərləri, adı çəkilən terminalın genişləndirilməsi işləri daxildir.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənmə layihəsinin birinci mərhələsi çərçivəsində tikinti-quraşdırma işləri 2004-cü ilin sonlarında başa çatdırılıb. 2005-ci il fevralın 14-də isə “Mərkəzi Azəri” platforması istismara verilib. Bununla da, “Əsrin müqaviləsi” çərçivəsində böyük neft hasilatının əsası qoyulub. 2026-cı il iyulun 1-dək “Mərkəzi Azəri” platformasından 160 milyon tona yaxın neft çıxarılıb. Burada illik maksimal neft hasilatı isə 2007-ci ildə qeydə alınıb. Həmin il platformadan gündəlik orta hasilat 244 min barel və ya illik 12 milyon ton olub. Sonrakı illərdə müqavilə sahəsində hasilatın aşağı düşməsi fonunda bu göstərici xeyli azalıb. “bp-Azərbaycan” şirkətinin məlumatına görə, 2026-cı ilin birinci yarısında “Mərkəzi Azəri” platformasında gündəlik neft hasilatı 88 min barel təşkil edib.

Yeri gəlmişkən, AÇG-nin illik iş proqramına uyğun olaraq bu yaxınlarda “Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilib. Sözügedən proqram çərçivəsində vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb. Bununla yanaşı, “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulmuş “Mərkəzi Azəri qaz genişləndirilməsi” layihəsi icra olunub.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri