Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

24 il əvvəl “Əsrin müqaviləsi”nin “Faza 1” layihəsinə start verilib

24 il əvvəl “Əsrin müqaviləsi”nin “Faza 1” layihəsinə start verilib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

20 ildə isə “Mərkəzi Azəri” platformasından 154 milyon ton neft çıxarılıb

Azərbaycanın iqtisadi müstəqilliyi üçün möhkəm əsas yaradan “Əsrin müqaviləsi” təkcə gənc dövlətin enerji siyasətinin zəfəri deyildi, həm də gələcək uğurların başlanğıcı, ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının təntənəsi idi. Həmin təməl üzərində qurulmuş enerji strategiyası 31 ildir ki, ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu tarixi müqavilənin həyata keçməsinə isə pillə-pillə, gərgin zəhmət və böyük maliyyə hesabına nail olunub.

Müqavilənin bəndlərinin reallaşması müxtəlif ölkələrdən olan insanları bir araya gətirdi. Onlar Xəzərin dərin qatlarındakı karbohidrogen ehtiyatlarını çıxarmaq üçün platformalar, terminallar tikdilər, boru kəməri çəkdilər. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun geniş bir ərazini əhatə etməsi, eləcə də buradakı ehtiyatların zənginliyi səbəbindən əsrin nəhəng neft sazişinin bir neçə mərhələdə həyata keçirilməsi qərara alındı. Azərbaycan hökuməti və beynəlxalq konsorsium iştirakçılarının bu qərarı həm də “Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş böyük neft hasilatına başlananadək zəruri ixrac sisteminin yaradılması ilə bağlı idi.

Məlum olduğu kimi, “Əsrin müqaviləsi” nin uğurla reallaşdırıldığı “İlkin neft” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan bir sıra infrastruktur obyektlərində modernləşdirmə işləri həyata keçirilib. Bu mərhələdə “Dədə Qorqud” qazma qurğusu əsaslı şəkildə yenidən qurulub, 24 quyunun qazılması üçün nəzərdə tutulmuş “Çıraq” platforması istismara verilib. Buradan sahilədək 176 kilometr uzunluğunda sualtı neft kəməri çəkilib, Səngəçalda dünya səviyyəli terminal inşa olunaraq ilk neftin qəbulu və onu ixrac siteminə yönəltmək üçün hazır vəziyyətə gətirilib. 1997-ci ilin noyabrında isə burada neft hasilatına başlanılıb.

AÇG-nin işlənilməsi dövründə ən mürəkkəb və məsuliyyətli mərhələ sayılan “İlkin neft” layihəsi üzrə əldə olunmuş zəngin təcrübə sonralar “Azəri” yatağının və “Günəşli”nin dərinlikdə yerləşən hissəsinin də işlənməyə cəlb edilməsi üçün yol açıb. Beləliklə, 2001-ci il avqustun 30-da Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) Rəhbər Komitəsi “Azəri-Çıraq- Günəşli dəniz yataqlarının tammiqyaslı işlənilməsinin “Faza-1” layihəsini təsdiqləyib. Bununla bağlı müvafiq sənədi Azərbaycanın dövlət başçısı Heydər Əliyevin iştirakı ilə ARDNŞ prezidenti Natiq Əliyev və ABƏŞ-in rəhbəri Devid Vudvord imzalayıblar.

Xəzərin ən zəngin neft yataqlarından sayılan “Azəri” yatağının mərkəzi hissəsinin işlənilməsini nəzərdə tutan “Faza-1” layihəsi çərçivəsində, ilkin proqnozlara əsasən, 1 milyard 425 milyon barel və ya 193 milyon ton neftin hasilatı nəzərdə tutulub. Layihənin ümumi dəyəri 3,4 milyard dollar təşkil edib ki, bunun da 2,74 milyard dolları tikinti işlərinə, qalan hissəsi isə quyuların qazılmasına sərf olunub. Bundan əlavə, xaricdən ölkəmizə gətirilən material və avadanlıqların daşınmasına, təqribən, 700 milyon dollar xərclənib.

Qeyd edək ki, “Faza-1” layihəsi çərçivəsində AÇG-dən gündəlik neft hasilatının 133 min bareldən 375 min barelə çatdırılması nəzərdə tutulurdu. Bunun üçün isə dənizdə və quruda nəhəng tikinti-quraşdırma işlərinin həyata keçirilməsi tələb olunurdu. Bu məqsədlə 2001-ci il noyabrın 30-da Bakıda “Faza-1” layihəsinin həyata keçirilməsi çərçivəsində 5 xarici şirkətlə ümumi dəyəri 750 milyon dollar olan 6 böyük podrat müqaviləsi imzalanıb.

Həmin müqavilələrə əsasən, “Mərkəzi Azəri” platformasının üst modullarının tikintisi, eləcə də sualtı neft kəmərlərinin çəkilməsi ABŞ-ın “McDermott Caspian Constractors”, platformanın dayaq blokunun, svayların və qazma əməliyyatları üçün qurğunun dayaq plitəsinin tikintisi; dənizdə nəqletmə və quraşdırma işləri; qazma avadanlığı ilə təminat; yaşayış bloklarının inşası isə müvafiq olaraq Fransanın “Boygues Offshore”, İtaliyanın “Saipem”, Fransanın “Eiffel” və İsveçin “Emtunqa İnternational” şirkətlərinə həvalə olunub.

“Mərkəzi Azəri” platformasının dayaq bloklarının tikintisi və platformanın modullarının montaj edilməsi Azərbaycan Dövlət Neft Şirkətinin “Şelflayihətikinti” İstehsalat Birliyinin (indiki Heydər Əliyev adına Dərin Özüllər Zavodu) meydançasında həyata keçirilib. Bununla yanaşı, layihə çərçivəsində dənizdə həyata keçirilən bir sıra əməliyyatlar zamanı ARDNŞ-in neft donanmasına aid olan borudüzən gəmilərdən, kran və barjalardan, həmçinin xidməti gəmilərdən istifadə edilib.

Xatırladaq ki, “Mərkəzi Azəri” Bakıdan 100 kilometr şərqdə, dənizin 128 metr dərinliyində yerləşən hasilat, qazma və yaşayış platformasıdır. 2005-ci ilin fevralından istismarda olan platforma “Azəri” yatağının mərkəzi hissəsindən neft hasil etmək üçün tikilib. Bundan əlavə, müqavilə sahəsində yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə kompressor və suvurma platforması inşa olunub.

Hər iki platforma körpü vasitəsilə bir-birinə birləşdirilib. Bütövlükdə isə, “Faza-1” layihəsinin obyektlərinə 48 quyu gövdəsinə malik hasilat, qazma və yaşayış platforması, buradan Səngəçal terminalına qədər 30 düymlük neft və 28 düymlük sualtı qaz boru kəmərləri, adıçəkilən terminalın genişləndirilməsi işləri daxildir.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənmə layihəsinin birinci mərhələsi çərçivəsində tikinti-quraşdırma işləri 2004-cü ilin sonlarında başa çatdırılıb. 2005-ci il fevralın 14-də isə “Mərkəzi Azəri” platforması istismara verilib. Bununla da, “Əsrin müqaviləsi” çərçivəsində böyük neft hasilatına başlanılıb. 2025-ci il iyulun 1-dək “Mərkəzi Azəri” platformasından 1,142 milyard barel və ya 154 milyon ton neft çıxarılıb.

Burada illik maksimal neft hasilatı isə 2007-ci ildə qeydə alınıb. Həmin il platformadan gündəlik orta hasilat 244 min barel və ya illik 12 milyon ton olub. Sonrakı illərdə müqavilə sahəsində hasilatın aşağı düşməsi fonunda bu göstərici xeyli azalıb. “BP-Azərbaycan” şirkətinin məlumatına görə, cari ilin birinci yarısında “Mərkəzi Azəri” platformasında gündəlik neft hasilatı 86 min barel təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see207

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see191

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see151

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see146

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see144

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see142

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see137

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri