Icma.az
close
up
RU
Əsrin qanlı gecəsi ŞƏRH

Əsrin qanlı gecəsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Xocalı soyqırımı Azərbaycan tarixinin ən kədərli, eyni zamanda erməni millətçilərinin həyata keçirdiyi ən qəddar cinayət aktıdır. 1992-ci ilin 26 fevralına keçən o qanlı gecə sadəcə bir şəhərin işğalı deyil, bəşəriyyətə qarşı törədilmiş kütləvi qırğın, bütöv bir xalqın etnik mənsubiyyətinə görə məhv edilməsi cəhdi idi. Xocalı strateji baxımdan Qarabağın "ürəyi" hesab olunurdu. Şəhərdə regionun yeganə mülki hava limanının yerləşməsi və Ağdam, Şuşa, Xankəndi şəhərlərini birləşdirən mühüm yolların buradan keçməsi onu strateji hədəfə çevirmişdi. 1991-ci ilin oktyabrından etibarən Xocalı tam mühasirəyə alındı. Noyabr ayından elektrik enerjisinin verilməsi kəsildi, telefon xətləri sıradan çıxarıldı və yollar bağlandı. İnsanlar aylarla qida, dərman və yanacaq çatışmazlığı ilə üz-üzə qalaraq sağ qalmaq mübarizəsi aparırdılar. Yanvar ayında Şuşa üzərində mülki vertolyotun vurulmasından sonra Xocalının xarici dünya ilə sonuncu əlaqəsi də kəsildi.

Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin birbaşa iştirakı ilə hücuma keçdi. Şəhər hər tərəfdən müasir silahlardan və ağır artilleriyadan atəşə tutuldu. Müdafiəsiz qalan sakinlər canlarını qurtarmaq üçün dondurucu soyuqda qarlı meşələrə və dağlara üz tutdular. Lakin erməni hərbi birləşmələri "azad dəhliz" vədi ilə insanları aldadaraq onları pusquya saldı və amansızlıqla qətlə yetirdi.

Bu soyqırımı aktı nəticəsində Azərbaycan xalqı görünməmiş itkilərə məruz qaldı:

613 nəfər qətlə yetirildi (onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi).

8 ailə tamamilə məhv edildi, heç bir üzvü sağ qalmadı.

25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

487 nəfər ağır yaralanaraq şikəst oldu.

1275 nəfər əsir götürüldü, onlardan 150 nəfərin taleyi bu günə qədər naməlumdur.

Cəsədlər üzərində aparılan ekspertizalar və Çingiz Mustafayev kimi jurnalistlərin lentə aldığı kadrlar göstərdi ki, insanlar yalnız güllələnməyib; onlar diri-diri yandırılmış, gözləri çıxarılmış, başlarının dərisi soyulmuş və görünməmiş işgəncələrə məruz qalmışdılar. Xocalıda törədilən vəhşiliklər o dövrün beynəlxalq mətbuatında da geniş əks olundu.

Xocalı faciəsi beynəlxalq hüquqa görə məhz soyqırımı (genosid) aktıdır. Çünki bu qırğın insanların məhz azərbaycanlı olduqları üçün kütləvi şəkildə məhv edilməsi məqsədi daşıyırdı. Otuz ilə yaxın davam edən işğaldan sonra, Azərbaycan ordusu 2020-ci il Vətən müharibəsində və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri ilə Xocalı qurbanlarının qisasını aldı. Bu gün Xocalı şəhəri tamamilə Azərbaycanın nəzarətindədir və orada böyük bərpa-quruculuq işləri aparılır. Artıq Xocalı şəhidlərinin ruhu şaddır, çünki xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həm döyüş meydanında qalib gəldi, həm də tarixi ədaləti bərpa etdi.

Ülkər Əliyeva

YAP Naxçıvan şəhər təşkilatının fəalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Fevral 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri