Icma.az
close
up
RU
Xocalı faciəsi XX əsrin ən dəhşətli hadisəsidir ŞƏRH

Xocalı faciəsi XX əsrin ən dəhşətli hadisəsidir ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalqımız uzun illər ərzində ermənilərin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalaraq tarixi torpaqlarından qovulub, yurd-yuvalarından didərgin salınıb, məcburi köçkünə və qaçqına çevrilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrin ən dəhşətlisi Xocalı soyqırımıdır. Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi həkk olundu. O gecə Xocalı dəhşət yaşadı. Ermənistan silahlı birləşmələri və 366-cı motoatıcı alay tərəfindən məqsədyönlü şəkildə törədilən bu soyqırımı Xocalı şəhərinin azərbaycanlı əhalisinin məhv etmək niyyəti ilə həyata keçirilən kütləvi qırğınlardan biridir. Erməni cəlladları həmin gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq azərbaycanlılara qarşı soyqırımı törədərək əsl simalarını bütün bəşəriyyətə göstərdilər. Əvvəlcədən düşünülmüş bu hərbi təcavüz nəticəsində Xocalı şəhəri yerlə-yeksan edildi, dinc sakinlərə qarşı amansızcasına və qəddarcasına divan tutuldu. Yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilən Xocalı soyqırımı zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca yalnız etnik mənsubiyyətlərinə azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla qətlə yetirildi, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verildi. Günahsız insanlara qarşı ağlasığmaz işgəncələr törədildi. Yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri şəhəri tərk edərək xilas olmaq istəyən ayağı yalın, başı açıq insanları xüsusi amansızlıqla qətlə yetirdilər. Bu soyqırımı nəticəsində 8 ailənin həyatına tamamilə son qoyuldu, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edildi, 487 dinc Xocalı sakini şikəst oldu, 27 ailənin yalnız 1 üzvü qalıb və 1275 nəfər girov götürüldü. 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir. 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılaraq məhv edildi. Tarix belə bir vəhşilik, belə bir vandalizm görməmişdi.

Xocalı soyqırımına siyasi-hüquqi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra verildi. Ulu Öndərin təşəbbüsü əsasında 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edildi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımlar atıldı. Ümummilli Lider səyi nəticəsində Xocalı soyqırımı dünya səviyyəsində tanınmağa başlandı. Ermənilərin apardığı təcavüz siyasəti, xalqımıza qarşı törətdikləri vəhşilik ifşa olundu. Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi-Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırdı. Soyqırımı ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində bütün dünyaya çatdırıldı, milyonlarla insan ermənilərin əsl simasını tanıdı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl siyasət nəticəsində Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatları tərəfindən tanınıb.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə tarixi ədalət bərpa olundu. 44 günlük Vətən müharibəsində qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda və digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması Zəfər salnaməmizə həkk olundu. Bu gün Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilən günahsız insanların ruhu şaddır.

Xocalı faciəsi respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 34 il əvvəl törədilən bu vəhşilik, soyqırımı heç vaxt unudulmayacaq Artıq bütün dünya da qəbul edir ki, Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri