Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Əsrlik ləzzət: Yumurta turşusu

Əsrlik ləzzət: Yumurta turşusu

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hamsi turşusu, kələm turşusu, çiyələk turşusu... Qulağa bir qədər qəribə gəlir, elə deyilmi? Bəs yumurta turşusu haqqında eşitmisinizmi? Yumurta turşusunun tarixçəsi və faydaları ilə tanış olun...

Yumurta turşusunun əsrlik tarixi

“Yumurtanın da turşusu olar?” dediyinizi eşidirik sanki. Cavabımız: Bəli. Üstəlik, bu, sosial media vasitəsilə trendə çevrilmiş yeni bir ləzzət deyil; kökləri əsrlər əvvələ, İngiltərə və Amerikaya gedib çıxan ənənəvi qidadır.

Yumurta turşusunun tarixçəsi 1620-ci illərdə İngiltərədən Amerikaya yola düşən “Mayflower” gəmisinə gedib çıxır. 66 gün davam edəcək gəmi səfəri zamanı gəmidə yanğın baş verməsindən ehtiyat edildiyi üçün çox az sayda ərzağın bişirilməsinə icazə verilirdi. Məhz bu məqamda qidalı və doyurucu xüsusiyyətinə görə yumurta turşusu bir növ xilaskar hesab olunmağa başladı. Çünki yumurtaların turşuya qoyularaq saxlanılması onların aylar sonra belə xarab olmadan yeyilməsinə imkan verirdi.

Turşuya qoyulmuş yumurta bərk bişirilmiş yumurtaların şüşə bankalara doldurulması və üzərinə turşu suyu əlavə edilməsi ilə hazırlanır; bəzən çuğundur suyu da yumurtaya çəhrayı rəng və turşməzə dad verir. Sağlam insanların əksəriyyəti xolesterin səviyyəsinə ciddi təsir göstərmədən həftədə üç-dörd dəfə bir və ya iki yumurta yeyə bilər. Lakin burada diqqət edilməli mühüm bir məqam var. Bəzən turşunun dadının yumurtanın içinə daha yaxşı nüfuz etməsi üçün yumurta əvvəlcədən diş çöpü ilə deşilir. Bu üsul botulinum toksininin yayılmasına və botulizm adlanan ciddi xəstəliyə səbəb ola bilər. Bu şəkildə hazırlanan turşu yumurtalardan uzaq durmaq lazımdır. Tipik ingilis turşu yumurtası reseptinə yumurta, sirkə, duz və şəkər daxildir. Yumurtalar əvvəlcə qaynadılır, qabığı soyulur, daha sonra digər inqrediyentlərlə birlikdə qaynadılır. Bu üsulla konservləşdirilən yumurtalar üç-dörd ayadək saxlanıla bilər və ənənəvi olaraq İngiltərədə meyxanalarda, eləcə də balıq və kartof qızartması satılan dükanlarda təqdim olunur.

Turşuya qoyma məlum olan ən qədim qida mühafizəsi üsullarından biridir. Bu prosesin dəqiq mənşəyi məlum olmasa da, arxeoloqlar Mesopotamiya sakinlərinin hələ eramızdan əvvəl 2400-cü ildən etibarən qidaları turşuya qoyduqlarını düşünürlər. Sözügedən gəmi səfəri isə yumurta turşusunun yayılmasını artıraraq XVIII əsr boyunca bir çox ərzağın sonradan istifadə olunmaq üçün turşuya qoyulmasına səbəb oldu. Bu gün ABŞ-ın Pensilvaniya ştatında və Kanadanın Ontario bölgəsində yaşayan, “Pensilvaniya hollandları” kimi tanınan etnik qrupun sevimli qidalarından biri olan bu ləzzət zamanla yalnız “çətin günlər” üçün nəzərdə tutulan qida olmaqdan çıxaraq məzə və qəlyanaltı kimi populyarlıq qazanıb.

Sizi maraqlandıra bilər: Turşu qurmağın incəlikləri

Yumurta turşusu sadəcə qəlyanaltıdan daha çoxudur…

Yumurta turşusunun faydaları nələrdir?

Yüksək keyfiyyətli zülal, vitaminlər (məsələn, B12 vitamini) və minerallarla (dəmir və sink kimi) zəngin olan yumurta qida baxımından güclü mənbədir. Turşuya qoyulduqda isə qida dəyərini qorumaqla yanaşı, fərqli və ləzzətli dad qazanır. Bəzi bölgələrdə turşuya qoyulmuş yumurta hinduşka və ya toyuq kimi yağsız ətlərdən hazırlanan kolbasalarla birlikdə yeyilir. Bu şəkildə istehlak edildikdə sağlam zülal mənbəyi ola bilər.

Çəkiyə nəzarət etməyə kömək edir

Çəkinizi nəzarətdə saxlamaq istəyirsinizsə, yumurta turşusu və kolbasa bir çox digər qəlyanaltılardan daha az kalori ilə doyurucu zülal mənbəyi ola bilər. Yumurta turşusunun tərkibindəki zülal daha uzun müddət tox qalmağınıza kömək etməklə yüksək kalorili qidalara olan qəlyanaltı istəyini azalda bilər. Yumurta turşusunun kalorisi nisbətən az olduğundan, çəkiyə nəzarət planına faydalı əlavə ola bilər.

Turşuya əlavə edilən ədviyyat və göyərtilər faydalarını artırır

Yumurta turşusunun hazırlanmasında istifadə edilən ədviyyatlar və göyərtilər onun faydalarını artıra bilər. Sarımsaq, xardal toxumu, qara istiot və zərdəçal kimi inqrediyentlər orqanizmdə oksidləşdirici stresi və iltihabı azaltmağa kömək edən antioksidantlarla zəngindir.

Yumurta turşusunda istifadə edilən sarımsaq, sirkə və ədviyyatların kombinasiyası immun sisteminin güclənməsinə kömək edə bilər. Xüsusilə sarımsaq orqanizmin infeksiyalardan qorunmasına yardım edə biləcək antimikrob xüsusiyyətləri ilə tanınır. Sirkənin turş mühiti də immun sistemində mühüm rol oynayan sağlam bağırsaq mikrobiomunu dəstəkləməklə immuniteti gücləndirə bilər. Bundan əlavə, turşuya qoyulmuş yumurtada olan B12 vitamini və dəmir də sağlam immun sisteminin fəaliyyətinə kömək edir. Çünki bu iki qida maddəsi qırmızı qan hüceyrələrinin yaranması və immun sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır.

Yumurta turşusu necə hazırlanır?

Yumurta turşusu qabığı soyulmuş, bərk bişirilmiş yumurtaların əsasən sirkə, duz, ədviyyatlar və digər dadlandırıcılardan ibarət qarışıqda saxlanılması ilə hazırlanır. Turşu qarışığı qaynadılır, 5 dəqiqə zəif odda bişirilir və qabığı soyulmuş yumurtaların üzərinə tökülür. Otaq temperaturunda olan qarışıq əvəzinə qaynar qarışıqdan istifadə edildikdə yumurta ağları daha yumşaq olur.

Turşu hazırlamaq üçün istifadə edilən yumurtaların qabığı təmiz və bütöv olmalıdır. Ədviyyatların yumurtanın içinə daha yaxşı nüfuz etməsi üçün kiçik və ya orta ölçülü yumurtalar turşuya qoymaq üçün daha münasib seçim hesab olunur. Yumurtalar nisbətən uzun müddət saxlanılacağından, yüksək keyfiyyət əldə etmək üçün turşuya qoyularkən ən təzə yumurtalardan istifadə edilməlidir. Bununla belə, bir neçə günlük yumurtaları qaynatdıqdan sonra soymaq daha asan olur. Yumurta turşusu üçün istifadə ediləcək qab möhkəm bağlana bilən olmalıdır; şüşə bankalar konservləşdirmə üçün ən ideal seçimdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Sentyabr 2026 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri