Icma.az
close
up
RU
Estetik əməliyyat etmək istəyənlərə qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Estetik əməliyyat etmək istəyənlərə qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Icma.az, News24 saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilib.

Qeyd edək ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş və 42 həkimin Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilib.

Halbuki, xüsusi icazə üçün 100-ə yaxın müraciət olub. Cəmi 42 həkimə xüsusi icazənin verilməsi bu sahədə keyfiyyətin yüksələcəyinə bir ümid yaradır.

Amma həkimlərin azalmasının xidmətdəki qiymətlərə də yeni dinamika verəcəyi də qeyd olunur.

Məsələ ilə bağlı Tibb elmləri doktoru Adil Qeybullanın fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında bu qərarın işin keyfiyyətinə təsir edəcəyini düşünmədiyini deyib:

“Sadəcə, sözügedən prodsedur bundan sonra qanunla, hüququn imkan verdiyi formada tənzimlənəcək. Əslində bizdə akkredasiya sistemi yoxdur. Ona görə də belə bir icazəli sistem yaradıldı. Bu da müəyyən bir süzgəcdir. Yəni kim gəldi plastik cərrahiyyə ilə məşğul olmayacaq. Söhbət bundan gedir ki, bu işlə məşğul olanların əllərində hüquqi əsas olsun”.

Bəs, həkim azlığı xidmətin qiymətlərini qaldırmayacaq ki?

“Bu daha çox xəstələrin rəyindən və istəyindən asılıdır. O ki, qaldı saya... Onu deyə bilərəm ki, gələcəkdə həm ilk dəfə xüsusi icazə kağızı almayan, həm də yeni həkimlər müracət edib, sertifikat ala biləcəklər”, - deyə müsahibimiz əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Aprel 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri