Icma.az
close
up
RU
Estetik əməliyyatdan sonra ölən bloqerə görə klinika CƏZALANDIRILDI FOTO

Estetik əməliyyatdan sonra ölən bloqerə görə klinika CƏZALANDIRILDI FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasında çalışan və sözügedən əməliyyatda iştirak etdiyi qeyd olunan Nurlan Həsənli ilə bağlı bir sıra suallar yaranmışdı.

Klinikanın baş həkimi Araz Ağayev iddialara cavab olaraq Oxu.Az-a açıqlamasında bildirmişdi ki, 2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024-cü il tarixində klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərib.

Bəs görəsən, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxs klinikada həkim köməkçisi kimi fəaliyyət göstərə bilərmi?

Bu sualla Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə üz tutduq. Dekabrın 19-da ünvanladığımız sorğuya, nəhayət, bu gün cavab gəlib.

Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib ki, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsi qanunaziddir:

"Baş vermiş ölüm faktı ilə bağlı araşdırmanı hüquq-mühafizə orqanları aparırlar. O ki qaldı Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin özəl klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsinə, bu məsələ ilə əlaqədar "Mərcan Medicare" klinikasında plandankənar yoxlama aparılıb. Nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir".

Məlumatda əlavə olaraq qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimdən sertifikatını tələb etmək hüququ var:

"Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya Pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Yanvar 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri