Estetik əməliyyat şəxsiyyət vəsiqəsi üçün problem yaradırmı? Yeni Sabah
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Estetik əməliyyatlar insanların xarici görünüşünə müdaxilələrdir və bu əməliyyatlar şəxsin xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişə bilər. Üz cizgilərində və ya göz rəngində əməliyyat edən şəxslərin şəxsiyyət vəsiqəsində dəyişiklik hesab edilib-edilməməsi bir çoxunda sual doğurur.
Bəs estetik əməliyyatlar şəxsiyyət vəsiqəsində dəyişiklik hesab olunurmu?
Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı milli.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində vətəndaşın şəxsiyyətini təsdiq edən əsas sənəddir:
"Qanunun 4-cü maddəsində qeyd olunur ki, şəxsiyyət vəsiqəsi verilərkən vətəndaşa dair zəruri məlumatlar qeydə alınır. Əgər vətəndaş şəxsiyyət vəsiqəsində hər hansı dəyişikliklər etmək istəsə, "ASAN Xidmət" mərkəzlərinə və ya ərazi üzrə pasport qeydiyyat şöbələrinə müraciət edə bilər. Vətəndaşın zahiri görünüşündə dəyişiklik edilərsə və ya xüsusi dəyişiklik hiss olunsa, bu zaman fotosunun yenidən çəkilməsi tələb olunur.
Estetik əməliyyat etmək vətəndaşın hər hansı şəkildə eyniləşdirilməsi məlumatlarının itirilməsi mənasına gəlmir, çünki göz rəngi, barmaq izi və bunların olması vətəndaşın şəxsiyyətini təsdiq etməyə kifayət edir".
Baxış sayı:76
Bu xəbər 14 Noyabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















