Icma.az
close
up
RU
Estetik əməliyyatlar epidemiya şəklini alıb: Qazanan yalnız plastik cərrahlardır

Estetik əməliyyatlar epidemiya şəklini alıb: Qazanan yalnız plastik cərrahlardır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün öncə Bloger Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib.

Onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib.

Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb.

Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.

Son illərdə Azərbaycanda estetik əməliyyatlar nəticəsində gənclərin həyatını itirməsi halları artmaqdadır. Bu hadisələr, bir daha göstərir ki, estetik əməliyyatlar zamanı mütəxəssis həkimlərə müraciət etmək olduqca vacibdir. Bu cür hadisələr, estetik əməliyyatların risklərini və mütəxəssis həkimlərə müraciətin vacibliyini bir daha vurğulayır. Estetik əməliyyatlara müraciət etməzdən əvvəl, mütəxəssis həkimlə məsləhətləşmək və əməliyyatın risklərini diqqətlə qiymətləndirmək önəmlidir.

Mütəxəssislər plastik əməliyyat etdirənlərin təxminən 60%-nin yeni görünüşlərindən razı olmadığını bildirirlər. Bu narazılığın səbəbləri arasında sosial mediada qeyri-real gözəllik standartlarının təbliği və şəxsi narazılıqlar yer alır.

Bundan əlavə, bəzi estetik əməliyyatlar ciddi fəsadlara yol açır.

Ümumiyyətlə, estetik əməliyyatların artması ilə bağlı narahatlıq doğuran hallar mövcuddur. Bu səbəbdən, estetik əməliyyatlara maraq göstərən şəxslərin etibarlı və təcrübəli həkimlərə müraciət etmələri, əməliyyatların risklərini və mümkün fəsadlarını diqqətlə nəzərdən keçirmələri vacibdir.


Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, insanlar estetik əməliyyat qərarlarını müxtəlif motivasiyalarla verirlər:


“Əksər insanlar elə düşünür ki, burnunu kəsən kimi yaxud da her hansi estetik cərrahi müdaxilə etdirdikden sonra həyatı dəyişəcək və daha çox seviləcək. Amma əməliyyatdan sonra görürlər ki, bunlar baş vermirş Bu zaman isə onlarda ruh düşkünlüyü yaranır. Hətta vəziyyət xroniki depressiyaya, stressə gətirib  çıxardır ki, bundan sonra artıq müəyyən patoloji xəstəliklər də əmələ gələ bilər. Bəzi həkimlərin müayinəsiz, tələm-tələsik etdikləri əməliyyat çox təəssüf ki, ağır fəsadlara, ölüm halının baş verməsinə səbəb olur. Estetik əməliyyatlar bum yaradaraq epidemiya şəklini alıb. Bu prosesdə qazanan isə yalnız plastik cərrahlardır. Onlara müraciət edənlər heç bir şey qazanmırlar, əksinə, çox şeyi itirirlər və bunun fərqində deyillər. Fərqinə varanda isə çox gec olur və geri dönüşü olmayan yolda olurlar. İnsanlar başa düşmək istəmirlər ki, cərrahi əməliyyat təkcə orqanizmə vurulan böyük fiziki travma deyil, həm də mənəvi-psixoloji travmadır. Plastik əməliyyatların epidemiyaya çevrilməsində əsas səbəb də dəb, psixiatrik patologiya və nəhayət, induktiv psixozdur. Keçmiş Sovet vaxtında bu gün dəbdə olan həmin bu plastik əməliyyatları, demək olar ki, etmirdilər. Səbəb də o idi ki, plastik əməliyyat etmək üçün çoxsaylı mütəxəssis rəyi tələb olurdu. Həmin tələblərin siyahısında birinci yerdə də həkim-psixiatrların rəyi gəlirdi. Ondan sonra plastik əməliyyatın hansı orqanda aparılmasından asılı olaraq həmin mütəxəssisin rəyi tələb olunurdu. Əgər həmin əməliyyatın edilməsinə, həqiqətən, ehtiyac duyulurdusa, tutaq ki, adam qəzaya düşüb, üzü tanınmaz olub, yaxud burun çəpərində problem var, nəfəs ala bilmir, o zaman plastik əməliyyat edilməsinə icazə verilirdi.Yəni bu məsələlər mütəxəssislərin ixtiyarında və məsuliyyətində idi. Əgər əməliyyat səbəbi insanın yaşamasına heç bir halda mane olmurdusa, sadəcə, adamın ürəyi belə istəyir deyə plastik əməliyyat etməzdilər. Belə məsələlər müzakirə olunmadan və mütləq şəkildə həkim-psixiatrın rəyi nəzərə alınmadan mümkün deyildi.Allah necə veribsə, insan o cür olmalıdır. Kompleks yaradırsa, adaptasiya olmalıdır. Psixoterapevtə getməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Dekabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri