Estoniya hökuməti Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimi ləğv edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 8 may, AZƏRTAC
Estoniya Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimi ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Estoniya hökuməti bu gün Gürcüstanın diplomatik və xidməti pasportlara malik olan şəxsləri üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.
"Diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün viza rejiminin tətbiqi beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının adi vətəndaşlara, nümayişçilərə və jurnalistlərə qarşı repressiyalarla, o cümlədən polisin cəzasız qalması və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərlə razılaşmadığını nümayiş etdirmək üçün növbəti addımdır", - deyə Estoniyanın xarici işlər naziri T.Marsqunask deyib. Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün vizasız rejimə məhdudiyyətlərin tətbiqi məsələsini də nəzərdən keçirir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 May 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















