Estoniya vətəndaşlarını Rusiyaya səfərlərdən imtina etməyə çağırıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Estoniya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Rusiyaya səfərlərdən tamamilə çəkinməyi tövsiyə edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb.
"Son vaxtlar XİN-ə və Estoniyanın Moskvadakı səfirliyinə ölkə vətəndaşlarının Rusiya güc strukturlarının diqqət mərkəzində olması ilə bağlı bir neçə hal barədə məlumatlar daxil olub. Rusiyada səfərdə Estoniya vətəndaşlarına orada qalmağın zəruriliyini diqqətlə ölçüb-biçmək tövsiyə olunur", - XİN-in konsulluq şöbəsinin baş direktoru Tiyna Nirk bildirib.
XİN həmçinin ölkə vətəndaşlarına Estoniyaya mümkün qədər tez qayıtmağı tövsiyə edib.
Nirk xatırladıb ki, Estoniyanın Rusiyadakı yeganə nümayəndəliyi Moskvada yerləşir və digər Aİ ölkələrinin oradakı diplomatik missiyalarının sayı da əhəmiyyətli dərəcədə azalıb. Buna görə də zəruri hallarda konsulluq yardımı almaq son dərəcə çətin və bahalı ola bilər.
Baxış sayı:64
Bu xəbər 19 Avqust 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















