Estoniya XİN rəhbəri: Azərbaycanın Aİ və NATO ilə münasibətlərini inkişaf etdirə bilərik
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Estoniya həm Avropa İttifaqının, həm də NATO-nun üzvü kimi, bu təşkilatlarla Azərbaycanın daha sıx əməkdaşlığını tam dəstəkləyir. Biz inteqrasiya prosesindən keçmiş bir ölkə olaraq dayanıqlı institutların qurulması, kibertəhlükəsizlik və rəqəmsal idarəetmənin inkişafı sahəsində öz təcrübəmizi bölüşə bilərik”.
Bunu Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna APA-ya müsahibəsində deyib.
“Aİ çərçivəsində biz Cənubi Qafqazla, o cümlədən Azərbaycanla əlaqələrin dərinləşməsi, konnektivlik, enerji təhlükəsizliyi və təhsil sahələrində təşəbbüsləri dəstəkləyirik. NATO daxilində isə Azərbaycanı regional sabitliyə verdiyi töhfəyə və tərəfdaşlıq proqramlarında iştirakına görə yüksək qiymətləndiririk və sülhməramlı fəaliyyətlərdə əməkdaşlığın davam etməsini təşviq edirik. Birlikdə çalışmaqla Azərbaycanın həm Aİ, həm də NATO ilə münasibətlərini qarşılıqlı fayda və ortaq maraqlar əsasında inkişaf etdirə bilərik”, - nazir qeyd edib.
Marqus Tsahkna onu da qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır: “Azərbaycan Avropanın enerji marşrutlarının və təchizat mənbələrinin diversifikasiyasına töhfə verir, bununla da regionun ümumi sabitliyini gücləndirir. Estoniya baxımından, bu rol hazırkı geosiyasi şəraitdə xüsusilə əhəmiyyətlidir, çünki Avropa etibarlı və dayanıqlı enerji tərəfdaşları axtarır. Eyni zamanda, yaşıl keçid yeni imkanlar yaradır - bərpa olunan enerji, enerji səmərəliliyi və innovasiya sahəsində əməkdaşlıq gələcək əlaqələrimizin mühüm istiqamətinə çevrilə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 23 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















