Qazaxıstan prezidenti bu il Azərbaycana səfər edəcək
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir.
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Diplomat vurğulayıb ki, son beş ildə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlər fəal və ardıcıl şəkildə inkişaf edib: "Bu gün Azərbaycan və Qazaxıstan arasında demək olar ki, bütün məsələlər üzrə yüksək səviyyədə qarşılıqlı anlaşma, etimad və dəstək mövcuddur".
Səfir həmçinin iki dövlət başçısı arasındakı intensiv siyasi dialoqa diqqət çəkib. Onun sözlərinə görə, son beş ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana 8 dəfə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Azərbaycana 6 dəfə səfər edib.
"Bu il Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir", - diplomat vurğulayıb.
O əlavə edib ki, fəal təmaslar digər yüksək səviyyələrdə də davam edir. 2022-2025-ci illərdə iki ölkənin baş nazirləri səkkiz qarşılıqlı səfər, xarici işlər nazirləri isə yeddi qarşılıqlı səfər həyata keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 İyun 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















