Icma.az
close
up
RU
Ət satan şəxslər möhür qoyulmuş ətlərlə ticarətini etməlidir, insanlar küçə kəsimi ətlərindən uzaq olmalıdırlar

Ət satan şəxslər möhür qoyulmuş ətlərlə ticarətini etməlidir, insanlar küçə kəsimi ətlərindən uzaq olmalıdırlar

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq". Bizimyol.info portalı xəbər verir ki, bu barədə "Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları"nda dəyişiklik edilməsi haqqında Baş nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilib. Qərara əsasən, ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.Əvvəllər ət məhsulları müayinədən keçirilmirdi?Yeni qərardan sonra hansı dəyişikliklər olacaq?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov bildirib ki, bu sovet vaxtından qalmış bir ətalət qanunu ilə irəliləyən bir haldır: “Nə üçün Azərbaycanda küçədə şəhərin paytaxtında heyvan kəsimi mövcuddur? Ona görə ki, istehlakçılar gözləri ilə gördükləri əti almaq istəyirlər. Bu sovet vaxtından qalmış bir ətalət qanunu ilə irəliləyən bir haldır. Çünki sovet vaxtı insanlar qəssabların ciblərində möhür görüblər. Elə orda möhürləyiblər, hətta dövlət orqanlarını aldadıb, yaxud onlarla birlikdə bu işi görüblər və bu ətalət qanunu davam edir. Lakin indi belə bir möhürlər yoxdur. Sadəcə olaraq insanlar aldanmamaq üçün guya daha təhlükəsiz ət almaq üçün küçə kəsiminə üstünlük verirlər. Daha bilmirlər ki, həmin o heyvanlar yoxlamadan keçməyib və ən ciddi heyvan xəstəliklərinin daşıyıcısı ola bilərlər”.

Eyyub Hüseynov

Eyyub Hüseynov vurğulayıb ki, ətin qiymətində bu kiçik artıma səbəb ola bilər: “Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər bükülməlidir, üstündə buraxılma və son yararlılıq müddəti olmalıdır. Çox təəssüf ki, marketlərdə bu cür ətlərə çox az rast gəlirik. Əhali marketlərdə açıq ət satışını görürlər, bu səbəbdən marketlərə inamları azdır. Ona görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) elə bir iş aparmalıdır ki, insanların onlara inamı artsın, küçə kəsimi tamamilə yığışdırılsın. Belə bir şəraitdə əlbəttə ətlərin yoxlanıb möhürlənməsi barədə bu qərar çox yerindədir. Bu qərara insanlar inamla yanaşmalıdır və möhürlənmiş ətlərə üstünlük verməlidirlər. İnsanlar küçə kəsimi ətlərindən uzaq olmalıdırlar. Qeyd edim ki, həmin heyvanlar çox ciddi heyvan xəstəliklərinin daşıyıcısı ola bilərlər. Əvvəllər də yoxlanılırdı, lakin bu məsələ məcburi qaydada deyildi. İndi isə məcburidir. Ət satan hər bir şəxs o cür möhür qoyulmuş ətlərlə ticarətini etməlidir. Ola bilsin ki, ətin qiymətində kiçik artım olsun. Lakin ət kəsimi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hətta küçə kəsimi ilə məşğul olan şəxsin qarşısını ala bilmirlərsə, o da möhürlənmiş ətlə ticarət etməlidir, çünki mərkəzləşdirilmiş qaydada kəsilən heyvanların ətindən satışda istifadə olunmalıdır. Bu insanların qidanın təhlükəsizliyinə doğru yönəlmiş bir işdir. Düşünürəm ki, insanlar da, istehlakçılar da bu qanunu dəstəkləməlidir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri