Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Ət yeyənlər ehtiyatlı olun! Dəhşətli xəstəlik yayılıb

Ət yeyənlər ehtiyatlı olun! Dəhşətli xəstəlik yayılıb

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar Azərbaycanın müxtəlif regionlarında saxlanılan ev heyvanları arasında dabaq xəstəliyinə yoluxma halları kütləvi xarakter alıb. Təsərrüfat sahibləri ciddi narahatdırlar. 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Murtuzəli Hacıyev bildirib ki, yoluxma əsasən xəstə heyvanla birbaşa təmas, virusla çirklənmiş yem-su, invertar, personalın geyimləri və hava-damcı yolu ilə mümkündür:

“Dabaq iti yolxucu virus xəstəliyidir, bütün cütdırnaqlı heyvanlarda, əsasən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinir. Virus ağız boşluğunda, məmə uclarında və dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarət və məhsuldarlığın kəskin azalması ilə müşayiət olunur. Virus torpaq və peyində həftələrlə aktiv qala bilir”. pizza

Onun sözlərinə görə, dabaq xəstəliyi Azərbaycan üçün endemik xarakterli xəstəlikdir: “Yəni bu xəstəliyin viruslarının xəstəliyə həssas heyvanlar arasında və ətraf mühitdə dövr etməsi riskləri hər zaman var. Dabaq həm də transsərhəd xəstəlikdir, virus külək vasitəsi ilə quruda, hətta dənizlərin üzərindən belə kilometrlərlə məsafərdən ətrafa yayıla bilər və qonşu dövlətlərin ərazisindən ölkə əraisinə keçə bilər. Həmçinin tranzit və digər avtomobillərin üzərində keçməsi mümkündür. Xəstəliyin peyvəndlənmədən yayındırılan, müxtəlif səbəblərdən peyvəndlənməmiş, peyvəndləmə tədbirləri nəzərdə tutulmayan digər ölkələrdən idxal olunan heyvanlar arasında yayılma riski var”.

 

M.Hacıyev fermerlərin belə durumda görməli olduqları tədbirləri də açıqlayıb: 

“Fermerlər xəstəliyiə şübhəli əlamətlərlə rastaşdıqda, məsələn ağızda, burun aynasında, dildə, məmə uclarında aftalara (suluqlara), dırnaq aralarında yaralara rast gəldikdə dərhal baytar həkimlərinə, ərazi üzrə Heyvan Sağlamlığı və baytarlıq Xidməti idarələrinə, AQTA-nın regional idarələrinə məlumat verməlidir. Xəstəliyə şühəli heyvan digərlərindən ayrılmalıdır. Baytarlıq xidməti əraziyə gələnə qədər özü sadə bir üsulla, adi çay sodası ilə dezinfeksiya işləri apara bilər, həmçinin heyvanın ağzını, məmə uclarını, dırnaq aralarını soda məhlulu ilə yumaq mümkündür. Soda beynəlxalq təcrübədə də tövsiyə olunan vasitədir. Ancaq sonunda mütləq rayon Heyvan Sağlamlığı və baytarlıq Xidməti idarələrinin mütəxəssislərinin iştirakı ilə lazımi tədbirlər və simtomatik müalicə aparılmalıdır. Fermerlərin nəzərinə çatdırmaq istəyirik ki, adıçəkilən qurumun rayon idarələrinin mütəxəssisləri hər bir çağırışa diqqətlə yanaşır və fermerin yanında olaraq lazımi köməyi göstərərək, tövsiyələri verirlər”.

Agentlik rəsmisi fermerlərə çağırış edib: 

“Fermerlərə buradan çağırış etmək istəyirik ki, heyvanlarını mütləq peyvəndləməyə cəlb etsinlər və baytar həkimlərinə peyvəndləmə aparmaq üçün şərait yaratsınlar. Əlavə olaraq bildiririk ki, hazırda bölgələrdə dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri epizootik tədbirlər planına uyğun olaraq davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyini tərəfindən hər ildə 2 dəfə iri və xırdabuynizlu heyvanlarda profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir”.

Baytar Urfan Buksayev isə söyləyib ki, heyvandarlıqla məşğul olan şəxslər belə vəziyytdə profilaktik olaraq bütün təsərrüfata vaksin vurmalıdırlar. Onun sözlərinə görə, belə olarsa dabaq infeksiyasının yayılması xeyli azalar:

“Dabaq xəstəliyi heyvanlara düşən bir növ infeksiyadır. Heyvanların adətən ayaq və ağız hissələrində yayılır. Buna qarşı vaksinlər var. Vaksini heyvanları yaylağa çıxaran və tövləyə salan vaxtları ildə 2 dəfə vurmaq lazımdır. Digər tərəfdən, vaxtında üzərinə düşülməsə, xəstəlik eyni tövlədə yaxud fermada saxlanılan heyvanlara da yoluxma riski daşıyır”. 

Dabağa yoluxmuş heyvanın ətinin insan üçün təhlükəsinə gəlincə, mütəxəssis deyib ki, həmin əti yaxşı qaynatmaqla istifadə etmək mümkündür. 

İnfeksionist Aytən Ziyadova isə bildirib ki, insanın dabaq xəstəliyindən qorunmasının ən vacib üsulu çiy heyvan məhsullarından imtina, südün və ətin yaxşı bişirilməsi, baytar-gigiyena qaydalarına əməl etməkdir:

“Davaq xəstəliyi insana yoluxa bilər, amma çox nadir hallarda olur və yüngül keçir. Ciddi ictimai sağlamlıq problemi əsasən heyvan təsərrüfatlarında yaranır, insanlar üçün isə risk çox aşağıdır. Baytarlar, ət kəsimi məntəqələrində çalışanlar mütləq əlcək, qoruyucu geyim və maska istifadə etməlidirlər. Yoluxmuş heyvanla işləyən şəxslər gigiyenik qaydalara ciddi əməl etməli, sonra əl-yüzlərini yaxşıca yumalıdırlar. Süd yalnız qaynadıldıqdan və ya pasterizə olunduqdan sonra içilməlidir. Çiy süd məhsullarından (xüsusən kənd pendiri, qaymaq) uzaq durmaq vacibdir. Ət yalnız tam bişirilmiş halda yeyilməlidir. Çiy və ya az bişmiş ətlər, kabab riski artırır”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri