Etibar Əliyevdən nazirin sözlərinə REAKSİYA: Keyfiyyət artıbsa, imtahan nəticələri niyə aşağıdır?
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elm və təhsil naziri Emin Əmrullayev REAL TV-də yayımlanan "Vacib Sual" verilişində bildirib ki, "müəllim" sözünü düzgün yaza bilməyən müəllimlərlə sağollaşmışıq.
Redaktor.az xəbər verir ki, elm və təhsil nazirinin fikirlərini şərh edən keçmiş millət vəkili Etibar Əliyev öz feysbuk hesabında bildirib:
"Elm və təhsil naziri Emin Əmrullayev: “Mən inanıram ki, bizim son 10 ildə müəllimlərimizin keyfiyyəti əsaslı şəkildə artıb. Bu həm diaqnostika, həm sertifikatlaşdırma prosesində, həm də ən vacibi işə qəbul olan müəllimlərimizin keyfiyyətində görünür. Yəni bizim yüzlərlə dil və ədəbiyyat, riyaziyyat, tarix, biologiya müəllimimiz var ki, onlar qəbul imtahanlarında 500-dən çox bal toplayıblarlar. Bu da onu göstərir ki, bizim gələcək müəllimlərimizin diplomları saxta deyil, bu, çox vacibdir. Çünki əvvəllər biz saxta diplomlu, müəllim sözünü düzgün yaza bilməyən müəllimlərdən danışırdıq. Onlarla da artıq sağollaşmışıq”.
Bəs nəticə? Fərz edək ki, Misir Mərdanov dövrünün müəllimləri "müəllim" sözünü düzgün yaza bilmirdi. Əmrullayev dövrünün müəllimləri və şagirdlərinin bilik göstəriciləri necədir?
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində (16 sentyabr 2025-ci il) deyib: "Ən aşağı nəticələr coğrafiya fənni üzrə müşahidə olunur. Nəticələr göstərir ki, coğrafiya üzrə II qrupda orta göstərici 28,68 faiz, III qrupda isə təxminən 15,5 faizdir ki, bu da çox aşağı səviyyədir".
DİM rəhbəri qeyd edib ki, ciddi narahatlıq doğuran sahələrdən biri də kimyadır:
"Abituriyentlərin daha çox seçdiyi I qrupda bu fənnə aid bir çox ixtisas var. I qrupda orta göstərici 24.18 faiz, IV qrupda isə 49.17 faizdir, yəni qruplar arasında təxminən 25 faiz fərq mövcuddur. Mövcud nəticələr hələ qənaətbəxş deyil və təkmilləşdirilməyə ehtiyac var. I qrupda fizika üzrə düzgün cavabların faizi 33.29-dur və bu isə kifayət qədər aşağı səviyyədir, riyaziyyat üzrə də vəziyyət eynidir".
Bu il I ixtisas qrupu üzrə keçirilən Qəbul imtahanında 31167 abituriyent iştirak edib. Riyaziyyat-kimya alt qrupu üzrə 6 863 nəfər 200 baldan yuxarı nəticə göstərib. Riyaziyyat-informatika alt qrupu üzrə 6848 abituriyent 200 baldan yuxarı nəticə göstərib. Ölkədə riyaziyyat, fizika və kimya fənlərinin tədrisi nə üçün belə biabırçı vəziyyətə düşüb? El dilində desək, bunun adı “funksional savadsızlıq”dır. Nəzərə alaq ki, I ixtisas qrupu üzrə buraxılış imtahanlarında riyaziyyatdan 100 bal, Qəbul imtahanında isə 150 bal toplamaq mümkündür.
Müəllimlər yəqin ki, artıq "müəllim" sözünü düzgün yazmağı öyrəniblər. Bəs XXI əsrin elmləri sayılan "Fizika", "Riyaziyyat" və "Kimya" fənlərinin tədrisinin vəziyyəti nə üçün belə acınacaqlıdır?"
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















