Icma.az
close
up
RU
Etibarlı enerji tranzit mərkəzi ŞƏRH

Etibarlı enerji tranzit mərkəzi ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında etdiyi çıxışında Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərini geniş şəkildə təqdim etmişdir. Prezident vurğulamışdır ki, ölkəmiz yalnız zəngin enerji ehtiyatlarına malik dövlət deyil, eyni zamanda bu ehtiyatların beynəlxalq bazarlara təhlükəsiz, dayanıqlı və fasiləsiz şəkildə çatdırılmasını təmin edən etibarlı tranzit ölkədir. Bu mövqe Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunu daha da gücləndirir.

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılmış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində əməkdaşlıq artıq illərdir ki, Avropanın enerji xəritəsində mühüm yer tutur. Xəzər dənizinin zəngin qaz ehtiyatlarının Avropa bazarına nəqli üçün yaradılmış infrastruktur təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətlidir. Dövlət başçısı çıxışında qeyd etmişdir ki, Azərbaycanın təşəbbüsü və tərəfdaş ölkələrlə sıx əməkdaşlığı nəticəsində Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunmuş və bu gün bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir.

Cənub Qaz Dəhlizi dörd əsas seqmentdən ibarətdir: “Şahdəniz-2” yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri. Bu layihələr bütövlükdə vahid enerji dəhlizi formalaşdıraraq Azərbaycan qazını minlərlə kilometr məsafə qət edərək Avropaya çatdırır. Bu prosesdə Azərbaycan həm hasilatçı, həm ixracatçı, həm də tranzit ölkə kimi çıxış edir. Beləliklə, ölkəmiz enerji təhlükəsizliyinin təminatında çoxşaxəli rol oynayır.

Prezident İlham Əliyev öz çıxışında enerji marşrutlarının şaxələndirilməsinin vacibliyini xüsusi qeyd etmişdir. Bu gün qlobal enerji bazarında müşahidə olunan dəyişikliklər fonunda etibarlı tərəfdaşlıq və sabit nəqliyyat infrastrukturunun mövcudluğu mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə uzun illərdir ki, müqavilə öhdəliklərinə sadiq qalaraq tərəfdaş ölkələrin etimadını qazanmışdır. Bu amil ölkəmizin nüfuzunu daha da artırır.

Bununla yanaşı, Bakıda keçirilən iclaslarda yaşıl enerji gündəliyi də əsas müzakirə mövzularından biri olmuşdur. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində aparılan müzakirələr Azərbaycanın bərpaolunan enerji sahəsində artan potensialını nümayiş etdirir. Prezident vurğulamışdır ki, ölkəmiz Xəzər dənizinin külək enerjisi imkanlarından və günəş enerjisi resurslarından səmərəli istifadə etməyi qarşıya məqsəd qoyub. Bu isə Azərbaycanın gələcəkdə yalnız qaz deyil, həm də yaşıl enerjinin ixracatçısına çevriləcəyini göstərir.

Azərbaycanın enerji strategiyası balanslı və uzaqgörəndir. Bir tərəfdən mövcud qaz ehtiyatlarının səmərəli şəkildə istismarı və ixracı təmin edilir, digər tərəfdən isə alternativ və bərpaolunan enerji layihələrinə sərmayələr artırılır. Bu yanaşma ölkənin enerji təhlükəsizliyini daxildə möhkəmləndirməklə yanaşı, beynəlxalq enerji bazarında mövqeyini də gücləndirir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan regionda və daha geniş coğrafiyada etibarlı enerji tərəfdaşı kimi qəbul olunur. Enerji resurslarının təhlükəsiz və fasiləsiz nəqli, tranzit imkanlarının genişləndirilməsi və yaşıl enerji gündəliyinə sadiqlik ölkəmizin strateji üstünlüklərini formalaşdırır. Azərbaycan bu siyasət vasitəsilə qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam edir və etibarlı tranzit ölkə kimi rolunu daha da möhkəmləndirir.

Ehtibar İsmayılov

YAP Ordubad rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Mart 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri